Icma.az
close
up
RU
Masallıda cinayət: Yeniyetmə anasının sevgilisini BIÇAQLADI

Masallıda cinayət: Yeniyetmə anasının sevgilisini BIÇAQLADI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Masallı rayonunda ötən il baş verən cinayət hadisə ilə əlaqədar məhkəmə prosesi başa çatıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabr ayında baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü yeniyetmə (şərti adı M.N.) yaşadığı evin həyətində anasının münasibətdə olduğu kişi (şərti adı S.Ə) ilə qarşılaşıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Yeniyetmə bıçaqla S.Ə.-nin mədəsinə, dalağına və qida borusuna ciddi zədə yetirib.

Məhkəmə iclasında yeniyetmə özünü təqsirli bilib. O bildirib ki, anasının sevgilisi ilə evdə rastlaşması onu əsəbiləşdirib və S.Ə.nin ona qarşı təhqiramiz ifadələr işlətməsindən sonra hadisə baş verib. S.Ə.-nin fiziki cəhətdən ondan üstün olduğunu görən yeniyetmə bıçağı çıxardığını və özünü qorumaq məqsədilə zərbələr endirdiyini söyləyib. Hadisədən sonra isə bıçağı zibillik əraziyə tullayıb.

Zərərçəkmiş S.Ə. ifadəsində M.N.-nı uzun illər tanıdığını və onun ailə üzvləri ilə yaxın münasibətdə olduğunu deyib. Hadisə günü yeniyetmənin anası ona zəng edərək səhhətində problem olduğunu bildirib və onu evə çağırıb. S.Ə. evə daxil olandan sonra açar səsləri eşidib və bir müddət sonra yeniyetmənin qapını açaraq içəri girdiyini deyib. Onun sözlərinə görə, M.N ona “burada nə gəzirsən?” deyərək bıçaqla hücum edib.

Anasının sözlərinə görə, hadisədən sonra oğlu yanına gəlib və S.Ə.-ni bıçaqladığını etiraf edib. Daha sonra zərərçəkmiş xəstəxanaya çatdırılıb.

Yeniyetmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunub. Lənkəran ağır cinayətlər məhkəməsi onu təqsirli bilib və ona 3 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cəzanı həbsxanada çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gələrək ona 1 il sınaq müddəti təyin edib.

Yeniyetmə sınaq müddətində yaşayış və təhsil yerini dəyişməmək, nəzarət orqanlarına məlumat vermədən müəyyən ərazilərə getməmək və elektron nəzarət vasitəsi gəzdirmək kimi öhdəliklər daşıyacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri