Icma.az
close
up
RU
Masallıda qəzalı məktəb niyə təmir olunmur? Sakinlər Prezidentə müraciət edib /FOTOLAR

Masallıda qəzalı məktəb niyə təmir olunmur? Sakinlər Prezidentə müraciət edib /FOTOLAR

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Masallı Rayonu Boradigah qəsəbəsinin bir qrup sakini prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə müdaciət ediblər.

Müraciət Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbinin təhlükəli vəziyyətə düşməsi ilə bağlıdır. Sakinlər bildirir ki, 1974 cü ildə istifadəyə verilən məktəb fəaliyyət göstərdiyi müddətdə xeyli istedadlı və savadlı şagirdlər yetişdirib. Bugün onların sırasında müxtəlif sahələrdə çalışan xeyli sayda elmlər doktorları və alimlər var.
Bu məktəbdə vətənə sevgiylə tərbiyə edilən xeyli gənc torpaqlarımızın mənfur düşmənlərdən azad olunmasında da böyük şücaət göstəriblər. Şəhid Qeysər Məmmədov, Zəfər Cavadov, İnqilab Nağıyev, Fərasət Paşayev, İbrahim Rükabzadə və xeyli sayda qazilərimiz bu məktəbin məzunları olublar.

Müraciətdə deyilir ki, məktəb son illər qəzalı vəziyyətə düşüb və bundan dövlət qurumları da məlumatlıdır. 2022 ci ildə Elm və Təhsil Nazirliyinin Tikinti idarəsi əsaslı təmir məqsədilə məktəbin dam örtüyünün bir hissəsini (akt zalı, idman zalı və bufet hissəsini) sökmüş, ertəsi gün isə söküntünü dayandırıblar. İdarə rəsmiləri deyiblər ki, məktəbi H.Əliyev Fondu əsaslı təmir edəcək. O vaxtdan heç bir təmir işləri aparılmayıb.

Binanın bir hissəsinin damı söküldüyündən məktəb yağış və qarın altında qalaraq, daha da qəzalı vəziyyətə düşüb. Hər an uçmaq təhlükəsi var. 2023 cü ildə Bakı Şəhərsalma idarəsinin əməkdaşları məktəbə baxış keçirib, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər. Lakin heç bir təmir işləri görməyiblər. Şagirdlər məktəbdə normal idman dərslərini keçə bilmirlər, akt zalınln olmamasından tədbirlər dəhlizdə keçirilir. Şagirdlər bufet xidmətindən istifadə edə bilmirlər. “İstilik sistemi dağıldığından sinif otaqları odun peçi ilə qızdırılır. 270 şagirdi , 25 müəllimi, 17 texniki işçisi olan məktəbin otaqları həddən artıq soyuq olduğundan şagirdlər və müəllimlər tez -tez xəstələnir. Bu isə dərsə davamiyyətə çox ciddi təsir göstərir. Xahiş edirik, tezliklə məktəbin əsaslı təmiri üçün bizə köməklik göstərəsiniz”-deyə müraciətdə sakinlər bildirib.

Azpost.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri