Icma.az
close
up
RU
Qəhrəmanlar böyüyən ev qəzalı vəziyyətdə: Yaşlı Ana prezidentə müraciət etdi FOTOLAR

Qəhrəmanlar böyüyən ev qəzalı vəziyyətdə: Yaşlı Ana prezidentə müraciət etdi FOTOLAR

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yardımlı rayon Bozayran kənd sakini Əmək veteranı, 2-ci qrup əlil, yataq xəstəsi oıan, 87yaşlı ana Bədirova Gültamam Zərbi qızı yaşayış şəraiti ilə ölkə rəhbərliyinə və əlaqədar təşkilatlara müraciət edib. Surəti media orqanlarına göndərilən müraciətdə bildirilir ki, G.Bədirovanın yaşadığı 3 otaqlı ev tamamilə qəzalı vəziyyətdə və yaşamaq üçün yararsızdır: “Evin arxasından vəiçərisindən bir neçə yerdən vurulmuş dayaqların da evin aşmaması və uçmamasına heç bir köməyi və əhəmiyyəti yoxdur. Son zamanlar tez-tez baş verən yeraltı təkanlar və zəlzələlər evdə yaşamağımızın ciddi təhlükəli olmasını yaratmışdır”.
Vətəndaş bildirir ki, 2024-cü ilin may ayının 11- də 6 bala yaxın 5,3 bal gücündə baş vermiş güclü yeraltı təkanlar və zəlzələlər nəticəsində ev tam yararsız vəziyyətə düşüb: “Həmin evdə mən, oğlum, gəlinin və bir az yaşlı nəvəm yaşayır. Qorxumuzdan axşamlar gəlinimin atası evində yaşayırıq. Bizim ev tikmək imkanımızda yoxdur. Ailəmiz yalnız mənim aldığım pensiya ilə yaşayır”.

Zəlzələ evi yararsız edib, icra hakimiyyəti rəy verib

Məlum zəlzələdən bir qədər sonta 9 iyun 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqalədə Hallar Komissiyasının sədri Azər Xamiyevin başçılığı ilə mütəxəssislərlə evə baxış keçmiş və mütəxəssislər tərtib etdiyi aktda göstərmişlər həqiqətən ev yararsız haldadır və orada yaşamaq təhlükəlidir. Bu akta əsasən Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri Cəbrayıl Xanlarova İcra hakimiyyəti adından məktub ünvanlanıb. Halbu ki, tərtib edilən akt və müvafiq sənədlər birbaşa Fövqalədə Hallar Nazirinə göndərilməliydi. Sizə ünvanlamalı idi. Çünkü belə məsələləri Agentlik yox, nazir özü həll edir. Maraqlıdır ki, Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqalədə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, “biz qorxuruq bir başa nazirə məktub yaza bilmərik”. Əgər icra hakimiyyəti vətəndaşın həyatının təhlükədə olması ilə bağlı hər hansı bir problemini yuxarı orqanlara çatdıra bilmirsə niyə oturub o vəzifədə. Həmçinin Azər Xamiyev tərəfindən Cəbrayıl Xanlarova ünvanladığı məktubu o müavini Elxan Əsədova yönləndirib.

Fövqalədə Hallar Nazirliyinin müəmmalı cavabı

Elxan Əsədov isə cavab məktubunda göstərir ki Sizin şikayət ərizənizə 20 iyun 2024 cü ildə Agentlikdə baxılmışdır. Amma vətəndaşa cavabı 1 il əvvəlcədən 15.07.2023 cü il tarixdə ünvanlanıb. Görünür Elxan Əsədov uzangörən baxıcıdır. Yəni onun kompüterində 2023 cü il tarixdən qalan nümunə var sadəcə eyni məzmunlu cavablar olduğu üçün o məktubda sadəcə vətəndaşın soyadını adını atasının adını dəyişməklə cavab göndərirlər. Həm də Elxan Əsədovun sora cavab məktubunda göstərilir ki, Nazirlik və onun qurumu olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi kütləvi xarakterli fövqalədə hal baş verdikdə yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanının tapşırıqları əsasında bu istiqamətdə tədbirlər həyata keçirə bilər. Görəsən Əsədov yuxarı icra orqanı dedikdə nə nəzərdə tutur? Elxan Əsədov məktubda onu da qeyd edir ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş mənzilin və ya fərdi yaşayış evinin təmir və bərpa edilməsi mülkiyyətçi tərəfindən həyata keçirilməlidir. İndiki halda da ev vətəndaşdann asılı olmayan səbəbdən zəlzələ nətiucəsində qəzalı vəziyyətə düşüb. Elxan Əsədov nəyi dəqiqləşdirmək istəyirsə Allahla dəqiqləşdirsin, soruşsun niyə zəlzələ etdin və Yardımlıda bir imkansız ailənın evini niyə bu vəziyyətə saldın.

Evi başına uçan Ana qəhramanlar böyüdüb

Onu da bildirək ki, bu gün adi insan yaşayışına yararsız hala düşən bu evdə dövlət və vətən qarşısında xidmətləri olan oğullar böyüyüb. Gültamam ananın böyük oğlu hərbiçi olub 13 ildir Xəstəliklə əlaqədar ehtiyyatda olan zabitdir. O, Birinci Qarabağ müharibəsi iştirakçısı 2-ci qrup hərbi əlildir, 1991-1992-ci illərdə Şuşa və Daşaltı döyüşlərində iştirak etmişdir. Dövlət qarşısındakı xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən təltiflənmişdir. Bu gün təhlükə altında yaşayan xanım həm də qəhrəman nənəsidir. Bu evdə böyüyən nəvəsi Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Xocəvəndin Şuşanın və Cəbrailin işğaldan azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Döyüşdə fərqləndiyi və göstərdiyi şücayətə görə ona döyüş zamanı baş leytenant hərbi rütbəsi verilmişdir. 19-20 sentyabr 2023-cü il tarixdə AR Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı ilk strateji yüksəkliyin əldə edilməsində komandir kimi döyüşü həyata keçirən kapitan rütbəli nəvənin nənəsi indi bir məmur laqeydliyi ilə üz-üzə qalıb.

Pənah yeri Prezidentdir

Qəhrəmanlar böyüdən, bu gün isə evi başına uçmaq təhlükəsi ilə üz-üzə qalan Ana kömək üçün prezidentə üz tutub: “Ailəmizin dövlət qarşısındakı xidmətlərini həmin evdə 2 nəfər müharibə iştirakçısı və qazinin doğulduğu evdəgələcəkdə baş verəcək hər hansı bədbəxt hadisənin və təhlükənin qarşısını vaxtında almaq məqsədilə aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

cumhuriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri