Icma.az
close
up
RU
Masallıda “qız üstündə” dava: Sevgi mübahisəsi cinayətlə bitdi

Masallıda “qız üstündə” dava: Sevgi mübahisəsi cinayətlə bitdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Masallı rayonunda iki nəfərin mübahisəsi cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 17-də rayonunun Qarğalıq kəndi ərazisində baş verib. 
Masallı rayon sakini, 2003-cü il təvəllüdlü Vüqar Masallı-Xallıcallı avtomobili yolunun Qarğalıq kəndi ərazisindən keçən hissəsində yol kənarında olub. Bu zaman “Mersedes Benz 190” markalı avtomobillə hərəkət edən əvvəllər tanıdığı Elbrus Səfərova əli ilə işarə edib və avtomobili saxlatdırıb. 
Bu zaman Vüqar Elbrusa oğlu Röyalla arasında əvvəllər baş vermiş narazılığa görə iradlar bildirib, qəsdən mübahisə və münaqişə yaradıb. O, təpik və daşla zərərçəkmiş şəxsin müxtəlif nahiyyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 17-də dostu Elvin ilə yolun kənarında, evin qarşısında siqaret çəkib: “Elvin velosipedini sürmək üçün gətirdi.  Hazırki hadisədən əvvəl xalam oğlu Fərid ilə Elbrusun oğlu Röyal qız söhbəti üstündə dalaşmışdılar.
Həmin vaxt mən Fəridlə birlikdə getdim. Lakin Röyala xəsarət yetirmədim. Hadisə ilə bağlı 300 manat cərimə olundum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Elbrus idarə etdiyi avtomobil ilə yoldan keçərkən avtomobili saxlayıb: “Avtomobildən düşərək mənə yaxınlaşdı. Məndən oğlu ilə nə probleminin olduğunu soruşdu. Mən isə oğlu ilə aramızda heç bir problemim olmadığını dedim. Lakin Elbrusa işarə verdim və onun maşınını saxlatdırmamışam.  Zərərçəkmiş şəxslə ümumiyyətlə dalaşmaq niyyətim olmayıb. Əvvəl söz ilə mübahisə etmişik. Sonra sözlərimiz bir-birimizə xoş getmədiyindən dalaşmışıq. İlk olaraq zərərçəkmiş mənə kəllə atdı. Mən isə əvvəlcə Elburusun sinə nahiyəsinə əlim ilə vurmuşam, sonra isə üzünə vurmuşam. Ümumilikdə Elbrusu 4-5 dəfə vurmuşam. Həmin vaxt yaxınlıqda olan dostum Elvin bizi ayırdı. Hadisə vaxtı zərərçəkmişin yanında iki nəfər adam olub. Mübahisə nəticəsində onun barmağı sınıb və burnu əzilib. Mənim isə çənəm şişib və əlim sıyrılıb. Mübahisə təxminən 5-6 dəqiqə davam etdi”. 
İş üzrə zərərçəkmiş Elbrusun sözlərinə görə, oğlu Röyal Vüqarın toyuna gedib: “Toydan əvvəl oğlumu kənara çəkiblər və həmin yerdə söhbətləri olub. Bu dava məsələsi oradan başlayıb. Mən həmin yerə gedərkən təxminən 5 nəfər adam olub və hamısı məni görən kimi qaçdılar. Orada yalnız Vüqar qaldı. Ona birdə belə hərəkət etməməsini bildirdim və sonra atasına təhvil verdim. Sonra oğlum Vüqarın toyuna getmək üçün evdən icazə aldı. Kənd yeri olduğundan hamı bir-birinin toyunda iştirak edir. Yarım saat keçəndən sonra oğlum əli kəsilmiş vəziyyətdə evə gəldi. Toyda onu döymüşdülər. Elə vəziyyətdə olmuşdu ki, demək olar toyda hamı onu döyüb. Sonra bununla bağlı polisə şikayət etdim. Lakin şəhidin bibisi oğlu gələrək məndən xahiş etdiyindən o, məsələni böyütmədim”. 
Zərərçəkmiş şəxsin ifadəsinə görə, hadisə günü avtomobil ilə kəndinə gedərkən Vüqar yolda ona əl edib, idarə etdiyi avtomobili saxladıb: “Həmin vaxt yanımda Namiq və Ramin olub. Vüqarın yanında isə Elvin adlı şəxs olub. Vüqardan oğlumdan nə istədiyini soruşdum. Vüqar isə onun özünün oğlum ilə arasında heç bir problemi olmadığını, lakin oğlumun onunla problemi olduğunu dedi. Ola bilər Vüqar məni başa düşməyib. Ya mən dəliyəm, ya da ki, Vüqar özü dəlidir. Biz sözləşdik, Vüqar ünvanıma nalayiq ifadələr işlətdi. Maşına minib getmək istəyərkən Vüqar arxadan təpik atdı və barmağımı sındırdı. Sonra Vüqar söyüş söyə-söyə kəlləsi ilə vurdu və burnum əzildi. Daha sonra qarşılıqlı dalaşdıq. Ancaq əlim yaralı olduğu üçün çalışdım ki, Vüqar məni vurmasın. Hadisə təxminən 10 dəqiqə davam etdi və Elvin bizi ayırdı. Hadisədən sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verdim”.
Daha sonra cinayət işi üzrə ifadə verən şahidlərin dediklərindən məlum olub ki, işdə adı keçən Röyalla Fərid eyni qızı seviblər. Buna görə də onların mübahisəsi çəpləşib. Sonda bu olaylar baş verib. 
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməsi qadağan edilib. Eyni zamanda ona həmin müddət ərzində axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Qarğalıq kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. 
Habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri