Icma.az
close
up
RU
MASALLININ HƏR YERİ CƏNNƏTDİ

MASALLININ HƏR YERİ CƏNNƏTDİ

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın bir-birindən gözəl, yaraşıqlı rayonları çoxdur. Təbii ki, hər rayonun özünün relyefi, dağları, çayları, gölləri, ormanları var. Xüsusən də yaz gələndə bu dağlarda, bu yamaclarda, bu ormanlarda gül-gülü çağırır, çiçək-çiçəyi. Belə gözəl  yerlərdən biri də Masallıdır. Bilmirəm, sizin Masallıya yolunuz düşüb, ya yox? Amma mən bu  rayonda çox olmuşam. Ən azından ona görə ki, mənim tələbə yoldaşım, Hüseyn kişinin nəvəsi,  rəhmətlik Xanoğlan Ağayev də Masallının Bədalan kəndindəniydi. Onun 1980-ci ilin əvvəllərində toyunda da olmuşduq. O toyu da Əməkdar artist, rəhmətlik Baloğlan Əşrəfov aparırdı. Çox gözəl toy idi və bu gün o toyda Baloğlan Əşrəfovun  oxuduğu mahnıların səsi qulağımdadı. Ümumiyyətlə, biz Hüseyn kişinin ailəsi, onun oğlu, nəvələri ilə çox yaxın dost olmuşuq və o dostluğumuz əlli ilə yaxındır ki, davam edir. 

Masallının da bir-birindən gözəl meşələri, çayları, gölləri, istirahət mərkəzləri çoxdur. Buranın havası kimi  insanları da çox təmizdir, işgüzardır və halal zəhmətlə  özlərinə gözəl həyat qurublar. Masallı camaatı istər Sovet dönəmində, istərsə də müstəqillik illərində həmişə öndə olub, çalışıblar, işləyiblər və qurublar, yaradıblar. Bu gün Masallıya kimin yolu düşsə ordakı çox möhtəşəm abadlıq və quruculuq işlərinə məəttəl qalar. 

Son  on ildə  rayon  daha da  gözəlləşib və bir qədər də böyüyüb. Çünki burda bir-birindən möhtəşəm sosial obyektlər, məktəblər, xəstəxanalar, uşaq bağçaları, parklar, xiyabanlar və insanı heyran edən yeni küçələr, prospektlər  inşa edilib. Bu küçələr və prospektlər boyu sayı-hesabı bilinməyən  müxtəlif  ağaclar, bəzək kolları, güllər əkilib. Yazda Masallı daha gözəl olur. Buranın yazı da əsl yaza oxşayır, yəni Bakıdakı kimi  gündə hava dörd dəfə dəyişmir. Qəribəsi odur ki, elə buranın insanları da yaz havasına bənzəyirlər. Demək olar ki, Masallıda çox böyük infrastruktur, müasir tələblərə cavab verən tikililər inşa edilib. Yeni tikilmiş  xəstəxanaların və eləcə də digər səhiyyə ocaqlarının istifadəyə verilməsi  onu deməyə əsas verir ki, Masallıda çox böyük  abadlıq və quruculuq işləri görülür. 

Rayonda yeni asfalt yollar, yeni küçələr, abad xiyabanlar  inşa edilib. Bununla yanaşı, yol boyu gecələr həmin yerlərin  işıqlandırılması üçün elektrik dirəkləri də quraşdırılıb. Bütün bunlar hamısı şəhərə bir möhtəşəmlik, bir gözəllik və bir  qeyri-adi rəng gətirib. Şəhərin gözəlliyi ondadır ki, istər köhnə tikililər, istərsə də müasir inşa olunan sosial obyektlər öz milli memarlıq  üslubu, zəngin elementləri və digər diqqəti cəlb edən cizgiləri ilə fərqlənir. 

Bu rayonda həm də bir-birindən gözəl parklar və xiyabanlar var.  Onlardan biri də öz gözəlliyi və möhtəşəmliyi ilə hamını heyran edən Heydər Əliyev parkıdır. Həmişə bu rayona nə vaxt baş çəkmişiksə ordakı səliqə-səhmana, gözəlliyə, güllərə-çiçəklərə heyran olmuşuq. Üstəlik də bu parkda bütün yaşıllıqlara  ilin bütün fəsillərində yükçək aqrotexniki  xidmət göstərilir. Ağaclar vaxtında budanır, onlara  üzvi və mineral  gübrələr verilir və digər aqroxidmətlər həyata  keçirilir. Təbii ki, Mənzil Kommunal Təsərrüfatı Birliyinin  əməkdaşlarının müxtəlif mövsümlərdə yaşıllıqlara  yüksək səviyyədə qulluq göstərməsi bu ağacların inkişafını sürətləndirir, daha böyük  qol-budaq atmasına təkan verir. 

Masallıda bu parkda  istirahət edən çoxlu sayda insanları gördüm.  Xüsusən də  isti  yay günlərində bura gələnlər daha  çox olur. Onların biri ilə  tanış oluram – Çərkəz  Əhmədov. Çərkəz kişi deyir ki, biz dədə-babadan təsərrüfatla məşğul olmuşuq və öz halal yolla qazandığımız çörəyimizi yemişik. Bu gün Masallıda demək olar ki, insanlar  dolanışığın yollarını tapıblar. Bizdə tərəvəzçilik, heyvandarlıq və digər kənd təsərrüfatı məhsullarının  istehsalı  həmişə diqqət mərkəzində olub. Mənim özüm də uzun müddət  təsərrüfatla məşğul olmuşam, indi təqaüddəyəm. 80-dən çox yaşım var. Boş vaxtlarımda gəlib bu parkda  yaşıdlarımla  söhbət edir, dincəlir və bir stəkan  da çay içirik. Kim bu parkı  belə abad edibsə, Allah onun ölənlərinə rəhmət eləsin. Həmişə Ulu Öndər Heydər Əliyevin və prezident  İlham Əliyevin bizim rayona   böyük diqqəti olub, bunu camaat da başa düşür və yüksək dəyər verir. 

Bu gün Masallıda sahibkarlığın inkişafına, iş adamlarına çox yaxşı şərait yaradılıb. Onlar istirahət mərkəzləri açır, yeni iş yerlərinə müxtəlif  insanların cəlb edilməsi  üçün mühüm addımlar atırlar. Və həmin sahibkarlar rayonda gedən abadlıq, quruculuq işlərində yaxından iştirak edirlər. Onu da qeyd edək ki, Masallıda bir-birindən gözəl istirahət mərkəzləri, yeməkxanalar, restoranlar inşa edilib. Təkcə «İstisu» istirahət mərkəzi nəyə desən dəyər. Bu gün demək olar ki,  abadlıq və quruculuq işləri nəinki Masallı şəhərində, bütün kəndlərdə, yaşayış məntəqələrində geniş vüsət alıb. Rayonun  əksər kəndlərinin yolu müasir tələblərə cavab verən formada yenidən inşa edilib. İnsanların kənd yerlərində yaşaması  və rahat işləməsi üçün hər cür infrastruktur yaradılıb. Təbii ki, abadlıq və quruculuq işlərinin bu dərəcədə genişlənməsi hər bir Masallı sakininin ürəyincədir. Son vaxtlar kəndlərdə  neçə-neçə  xəstəxana, məktəb, uşaq bağçası və digər sosial obyektlər  inşa edilərək əhalinin istifadəsinə verilib. Bayaq dediyimiz kimi, bütün bunlar isə insanların  rifah halının yüksəlməsinə və həmin yerdə rahat yaşamasına və işləməsinə münbit şərait yaradır.

Bu günlərdə yolum Masallıya düşmüşdü. Orda Hüseyn kişinin nəvəsi, gözəl ziyalı və iş adamı Ələfsər Ağayevlə görüşdüm. Nə vaxtdandır Bədalan kəndinə yolum düşmürdü. Amma bu dəfə çox şeyi görüb təəccübləndim və sevindim. Yollar şüşə kimi asfalt idi, hər tərəfdə gözəl bir  şərait vardı. Kənddə neçə-neçə yeni evlər tikilib. Bu evlərə baxanda adam sevinir ki, kənd yerində belə malikanələr, villalar var. Qırmızı kərpicdən tikilmiş bu evlər  həm də tarixi bir abidədir desək, yanılmarıq. Ən əsası odur ki, Masallı camaatı çox gözəl və qonaqpərvər insanlardır. Kimin qapısını  açsan, kimin həyətinə getsən səni xoş sifətlə  qarşılayar və gözəl süfrə açar. Çörəyiniz bol, canınız sağ, üzünüz ağ olsun, Masallı camaatı! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Aprel 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see369

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see325

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see316

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see307

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see305

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see297

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see251

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see245

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see241

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see235

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see234

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see231

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see227

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see225

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see221

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see220

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see218

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see214

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see190

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri