Icma.az
close
up
RU
Masazır, Xırdalan, hətta Ceyranbatana qədər metronu uzatmaq olar EKSPERTDƏN TƏKLİF

Masazır, Xırdalan, hətta Ceyranbatana qədər metronu uzatmaq olar EKSPERTDƏN TƏKLİF

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günlərdə açıqlanan rəsmi məlumata əsasən, metronun "Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və qırmızı xəttə keçid olacaq.  Qeyd edək ki, uzun illərdir Bakının müxtəlif istiqamətlərində yeni metro stansiyaları tikilsə də, əhalinin daha çox məskunlaşdığı Bayıl, 20-ci sahə və Bibiheybət ərazilərində metro inşa olunmur. Hansı ki, bu ərazidən səhər və axşam saatlarında "Azneft" dairəsi istiqamətinə gələn insanlar çox vaxt tıxacda qalmalı olurlar və getdiyi ünvanlara gecikirlər. Üstəlik neçə ildir ki, paytaxtın mərkəzində Formula 1 yarışları keçirilir deyə, yarışın keçiriləcəyi müəyyən vaxt ərzində "Azneft" dairəsi bağlandığı üçün qeyd olunan ərazilərdə yaşayan insanlar demək olar ki, nəqliyyatsız qalırlar. Və belə olduğu halda bu ərazilərdə də metro stansiyalarının tikintisinin vacibliyi önə çıxır.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Bayıl, 20-ci sahə və Bibiheybət qəsəbələrində metro tikintisinə ehtiyac var:

"Sadəcə bu proqrama salınmayıb. Gələcəkdə ola bilsin ki, o məsələyə ayrıca baxılar. Xüsusən Masazır, Xırdalan, hətta Ceyranbatana qədər metronu uzatmaq olar. Mənim də təklifim var ki, Bayılın indiki sahəsində metrostansiya olsun və həmin stansiyanı Lökbatana uzadıb, oradan da Xocasənə birləşdirmək olar".

Onun sözlərinə görə, bəzən Bakı deyəndə ancaq şəhərin mərkəzi nəzərdə tutulur:

"Biz də fikirləşirik ki, bu Lökbatan da Bakının bir hissəsidir, Qaradağ rayonunun ərazisidir. Bayıl da Səbail rayonunun ərazisidir. Proqramı hazırlayanlar bir az fərqli yanaşırlar. Mərkəz deyəndə ancaq Ağ Şəhəri, "Sahil" metrosunu, "Nizami" metrosunu nəzərdə tuturlar. Amma bu tərəfləri də unutmaq olmaz. Düşünürəm ki, gələcəkdə bu məsələyə mütləq baxılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri