Icma.az
close
up
RU
Masazırda 57 yaşlı kişi keçmiş arvadına xəsarət yetirdi

Masazırda 57 yaşlı kişi keçmiş arvadına xəsarət yetirdi

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunda 1968-ci il təvəllüdlü Əlvan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Süsənə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 27-də rayonun Masazır qəsəbəsi, “Zəngilan Şəhərciyi” yaşayış kompleksinin arxasında baş verib. 
Laçın rayon sakini Əlvan həmin gün saat 17 radələrində yaşadığı “Zəngilan Şəhərciyi” yaşayış kompleksinin arxasında yerləşən fərdi yaşayış evində hələ də bərabər yaşadığı keçmiş arvadı Süsənə ona vaxtında yemək vermədiyinə görə irad bildirib. 
Həmin səbəbdən şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verib. Mübahisə əsnasında əsəbiləşərək keçmiş arvadına hücum edib, qəsdən yumruq zərbəsi ilə onun göz nahiyəsindən vurub. 
Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Süsəndən əvvəl, yəni 1987-ci ildə Kəmalə ilə ailə həyatı qurun: “Ondan 1998-ci ildə rəsmi qaydada boşanmışam. Həmin evlilikdən 1989-cu il təvəllüdlü bir oğlan övladım var. Süsən ilə 2009-cu ildə ailə həyatı qurmuşam, birgə nigahdan 2010-cu il təvəllüdlü Fərid doğulub. Süsən ilə də 2020-ci ildə məhkəmə tərəfindən rəsmi qaydada boşansam, lakin mənə məxsus olan fərdi yaşayış evində birlikdə yaşamışıq”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 27-də, saat 17 radələrində Süsən ilə birlikdə yaşadığı evdə olarkən ondan yemək hazırlamasını istəyib: “Süsən isə  dediklərimə əhəmiyyət verməyib, evdə öz işləri ilə məşğul olmağa başlayıb. Buna görə də Süsənin bu hərəkətindən əsəbiləşdim, onun üzərinə getdim və əlim ilə onun sağ gözündən bir dəfə vurdum. Sonra isə mübahisələrimiz başa çatdı. Mən də gedərək yatdım. Sonra bildim ki, Süsən barəmdə polisə şikayət edib”.
Məhkəmədə həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində barışdıqlarını bildiriblər. Zərərçəkən şikayətçi olmadığını deyib. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Həmin  məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri