Icma.az
close
up
RU
Masazırda ər arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Masazırda ər arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Abşeron rayonunda 1998-ci il təvəllüdlü Adəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 aprel 2024-cü ildə Abşeron rayonu, Masazır qəsəbəsində baş verib. Adəm yeni yaşayış massivi fərdi yaşayış evində onunla qeyri rəsmi ər-arvad münasibətində olan tanışı Vüsalə ondan artıq ayrı yaşamaq istəməsini bildirməsindən əsəbiləşib, bununla bağlı onunla aralarında yaranmış narazılıq üstündə mübahisə edib. 
Adəm həmin mübahisə əsnasında Vüsalənin üzərinə hücum edib, əvvəlcə qəsdən yumruq və təpiklə onun bud, ardınca yumruqla onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Adəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Vüsalə onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir: “Onunla 2022-ci ilin dekabr ayında işlədiyi kafedə tanış olaraq bu günə kimi qeyri rəsmi ər-arvad münasibətində bir evdə yaşamışıq. Bizim qeyri-rəsmi münasibətdə olmağımıza baxmayaraq övladlarımız yoxdur”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 19 radələrində yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evdə olarkən Vüsalə ona ayrılmaq istədiyini və onunla yaşamaq istəmədiyini deyib: “Mən isə Vüsaləyə ondan ayrılmayacağım cavabını verdiyim üçün aramızda bu səbəbdən sözlə mübahisələrimiz yarandı. Əsəbiləşərək yumruğum ilə onun başına və təpiklə isə hər iki bud nahiyəsinə, bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döydüm. Baş vermiş mübahisə 5-10 dəqiqə davam etdi. Həmin vaxt evdə ikimizdən başqa kənar şəxsin olmayıb”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, 2015-ci ildə Ruslan ilə ailə qurub, həmin nikahdan 3 azyaşlı övladı var: “2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən nikahımız pozuldu. Məhkəmə tərəfindən 3 azyaşlı övladımız uşaqlarımın atasının himayəsinə verildi. 2022-ci ilin dekabr ayında işlədiyi kafedə Adəm ilə tanış olaraq bu günə kimi qeyri rəsmi ər-arvad münasibətində bir evdə yaşayırıq. Bizim qeyri-rəsmi münasibətdə olmağımıza baxmayaraq övladlarımız yoxdur”. 
Zərərçəkmiş qeyd edib ki, aprelin 21-də, saat 19 radələrində yaşadığım evdə qonaq otağında olan zaman Adəm ondan ayrılmaq istədiyini bildirib: “Adəm isə etiraz edərək onunla mübahisə etməyə başladım. Adəmə dəfələrlə onunla birlikdə yaşamaq istəmədiyimi bildirdim. Adəm üzərimə gələrək yumruq və təpiklə əvvəlcə bud nahiyələrimdən, ardınca yumruqla sifət, baş və qol nahiyələrimdən vuraraq məni döydü, xəsarət yetirdi. Bədənimdə küt ağrılar hiss etdiyim üçün bundan sonra Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etdim”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alınıb. Bu səbəbdən Adəmin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri