Icma.az
close
up
RU
Masazırda baş verən çökmə: həbslər olacaqmı? Açıqlama

Masazırda baş verən çökmə: həbslər olacaqmı? Açıqlama

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi” ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb. İlkin məlumata görə, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Sakinlər və sürücülər isə yolun keyfiyyətsiz tikildiyini iddia edirlər.

Deyilənlər öz təsdiqini taparsa, həmin yolun tikintisinə və təmirinə nəzarət edən şəxslər məsuliyyətə cəlb oluna bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yolun layihələndirilməsi zamanı istər tikinti prosesində, istərsə də istismardan sonra mütəmadi monitorinqlər aparılmalıdır:

“Yəni torpağın alt qatının öyrənilməsi, kanalizasiya xəttinin və digər kommunikasiya xətlərinin həmin ərazidən keçib-keçməməsi mütləq şəkildə araşdırılmalıdır. Çünki torpaq yatağının hazırlanması və kipləşdirilməsi zamanı yeraltı kommunikasiya xətlərinə zərər dəyə bilər. Bu baxımdan ərazinin geoloji və topoqrafik xüsusiyyətləri əvvəlcədən öyrənilməli və yalnız bundan sonra işlərə başlanmalıdır. Görünür ki, bu halda müəyyən tələskənliyə yol verilib və nəticədə belə bir vəziyyət yaranıb. Qaldı ki, məsələnin araşdırılması ilə bağlı, təbii ki, hadisənin başvermə səbəbləri araşdırılacaq və artıq məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb”.

Ekspert onu da əlavə edib ki, ərazidə müvafiq işlər görüləcək və problem aradan qaldırılacaq:

“Lakin konkret olaraq kiminsə məsuliyyətə cəlb olunması və ya hər hansı cəza tədbirlərinin tətbiqi hüquq-mühafizə orqanlarının və digər səlahiyyətli qurumların səlahiyyətindədir. Bu məsələ artıq mühəndis baxışından daha çox hüquqi və inzibati araşdırma tələb edir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri