Icma.az
close
up
RU
Masazırda şagirdlər sinif və partasız qalıb Açıqlama

Masazırda şagirdlər sinif və partasız qalıb Açıqlama

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Abşeron rayonu, Masazır qəsəbəsi 5 nömrəli tam orta məktəbdə şagird sıxlığı və sinif otaqları ilə bağlı çətinliklərin yaşanması barədə görüntülər yayılıb.

Görüntülərdə şagirdlərin dərs otağı əvəzinə, məktəbin zirzəmi tipli, havasız və rütubətli ərazisinə yönləndirildiyi, hətta partaları özlərinin daşıdıqları qeyd olunub.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Abşeron rayonu, o cümlədən Masazır qəsəbəsində əhalinin sıx məskunlaşması ilə əlaqədar bir sıra ümumi təhsil müəssisələrində şagird sıxlığı müşahidə olunur.

“Hazırda 2477 şagirdin təhsil aldığı 5 nömrəli tam orta məktəbdə tədris prosesi 4 növbədə təşkil edilir.

Mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun əməkdaşları tərəfindən məktəbdə baxış keçirilib. Baxış zamanı məktəbdəki mövcud şərait, şagird sıxlığı və tədrisin təşkili ilə bağlı vəziyyət yerində araşdırılıb, mövcud çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib.

Məktəbdə mövcud vəziyyət və yaranan çətinliklərlə bağlı məktəb rəhbərliyi, valideyn icması və müəllimlərin iştirakı ilə görüş də keçirilib. Görüş zamanı şagird sıxlığının yaratdığı çətinliklər müzakirə olunub, valideynlərin təklifləri dinlənilib və problemin həlli ilə bağlı mümkün variantlar nəzərdən keçirilib. Yaxınlıqda yerləşən ümumi təhsil müəssisələrində mövcud imkanlardan istifadə etməklə şagirdlərin yerləşdirilməsi, eləcə də məktəbdə digər uyğun otaqlardan istifadə imkanları valideynlərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, cari tədris ili üçün məktəbdə sinif komplektlərinin sayı artırılıb, sinif otaqlarının sayı 32-dən 39-a çatdırılıb. Tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə mövcud standartlar nəzərə alınmaqla bəzi xidmət otaqlarından da uyğunlaşdırılmış sinif otağı kimi istifadə olunur. Şagirdlərin təhsil aldığı otaqlar işıqlandırma sistemi, pəncərə və nəfəsliklərlə təmin edilib.

Bununla yanaşı, şagirdlərin partaları daşıması ilə bağlı yayılan görüntülər də nəzarətə götürülüb. Şagirdlərin nəzarətsiz qaydada parta və digər məktəb avadanlıqlarının daşınmasına cəlb edilməsinin yolverilməz olduğu məktəb rəhbərliyinin, sinif rəhbərlərinin və digər məsul şəxslərin diqqətinə çatdırılıb.

Hazırda məktəbdə tədris prosesinin normal qaydada təşkil edilməsi və mövcud çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür”, - açıqlamada qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri