Icma.az
close
up
RU
Masazırda yol niyə çöküb? Ekspert səbəbləri AÇIQLADI

Masazırda yol niyə çöküb? Ekspert səbəbləri AÇIQLADI

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən həftə ərzində paytaxt və ətraf ərazilərə yağan aramsız yağışların fəsadları bu gün də özünü göstərməkdədir. Xırdalan-Masazır-Novxanı yolunda “Zəngilan şəhərciyi” yaxınlığında asfaltın çökməsi də bu fəsadlardan biridir. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən açıqlamada bildirilib ki, aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Keçidin qarşısını tutan yük maşını sürücü və piyadaları təhlükəyə atdı - VİDEO

Bu il yanvarın 12-də Prezident İlham Əliyev tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramının təsdiqlənməsi ilə bağlı Sərəncam imzalanıb. Proqramda yağış suları risklərinin aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması da qarşıya qoyulan məqsədlərdən biri kimi təsdiqlənib.

Masazırda çökən yolla bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında qeyd edib ki, paytaxt və ətrafındakı ərazilərin mövcud yeraltı qrunt suları xəritəsi yenilənməlidir.

"Yeraltı qrunt sularının istiqamətləri müəyyən olunmalıdır. Digər məsələ, yeraltı kommunikasiyaların mövcud xəritəsinin yenilənməsidir. Mövcud olanların müasir alətlərlə, dronlarla skan edilməsinə ehtiyac var. Yəni, mövcudların vəziyyəti nə haldadırsa, bu gün bir çox xətlər hələ də müəmmalıdır. Onların monitorinqi təşkil olunmalıdır.

Müvafiq dövlət proqramı var, hansı ki yeni şəbəkə formalaşdıracaq, bu məsələ, həmçinin iqlim dəyişməsini nəzərə alaraq, sürüşmə sahələrinin, su basan, yanğın olan sahələrin, ümumi olaraq, iqlimdən təsirlənən zonaların xəritəsi hazırlanmalı və cəmiyyətə açıq olmalıdır. Həmçinin hal-hazırda tikilən avtomobil yolları, dəmir yolları infrastrukturuna iqlim dəyişikliyinin təsirlərinin nəzərə alınması bir tələb kimi qoyulmalıdır. Bu həm layihələndirmədə, həm dikintidə mütləq şəkidlə nəzərə alınmalıdır. Çünki iqlim dəyişikliyi bizim bütün həyatımıza, logistikaya və istehlak zəncirinə təsir edir. Yəni, normadan artıq yağan yağış küçələrdə onu idarə edən sistemi yükləyə bilir. Ölkəmizdə kanalizasiya şəbəkəsinin miqyası məhduddur, onun genişləndirilməsi üstündə iş görülür. Amma faktiki olaraq bunlar nəzərə alınmalıdır və böhran kommunikasiyası üzrə işlərə diqqət artırılmalıdır. Çünki irəliyən illərdə intensiv yağışlar nəticəsində bu növ hallarla daha tez-tez qarşılaşacağıq və bunu da daha doğru qiymətləndirmək üçün əlimizdə datalar olmalıdır. Yerin altında bizim vəziyyətimiz nə haldadır? İstəyir təbiət olaraq, qrunt suları olaraq, istəyir kommunikasiya olaraq. Tikilən infrastruktur zamanında tikilib, amma iqlim dəyişir, suların istiqaməti də dəyişə bilər.

Yol tikib bitiririk, yazılır ki, yaxınlarda təmir olunub. Yol təmir olunub, üstündə asfalt qatı yenilənib və yaxud tikilən vaxt geologiyası araşdırılıb və geoloji strukturuna uyğun yol geyimi seçilib və ona uyğun yükləri də nəzərə alınaraq tikilib. Amma sonradan və yəni yeraltı suların istiqaməti dəyişibsə, yuyulursa və günün birində çökürsə, bu zaman artıq yollarda tikintiyə nəzarət qurumları yox, daha çox yerin təkini öyrənən aidiyyəti strukturlar mütəmadi monitorinqlər keçirməlidir ki, yeraltı suların istiqaməti dəyişirmi, çoxalırmı, azalırmı, bunları müəyyənləşdirsin. Yəni, bunun məlumat bazası nə səviyyədədir? Yaxud müəyyən yerlərdə sürüşmələr var. Sürüşməyə səbəb nədir? Sürüşməni stimulaşdıran səbəblər nədir? Sudur mu, yoxsa torpağın üzərinə düşən yükdür mü? Burada çeşidli məsələlər var ki, hansı ki, biz fəsadlara köklənirik. Yəni, son şəkli görürük ki, yol çökdü. Amma səbəbləri araşdırılmalıdır və xüsusən də iqlim dəyişikliyi məsələsinə çox diqqət ayırılmalıdır. Həm marifləndirmə, həm məlumatlandırılma, həmçinin də müasir dövrdə tikilən, qurulan hər bir obyektdə bu nəzərə alınmalıdır”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Aprel 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri