Icma.az
close
up
RU
Un niyə bahalaşdı? Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Un niyə bahalaşdı? Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Azərbaycanda unun qiymətinin artmasına daxili faktorlar təsir edir".

Bu sözləri unun qiymətinin bahalaşmasının mümkün təsirlərinə toxunan iqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə daxilində unun bahalaşmasının əsas səbəbi dünya bazarındakı proseslərlə əlaqəli deyil. Çünki ötən il buğda qiymətləri bir qədər də ucuzlaşıb:

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətlərinin İndeksinə əsasən, son bir ildə dənli bitkilər indeksində 6.9 faizlik geriləmə var. Yəni, dünyada dənli bitkilərin qiymətində ucuzlaşma müşahidə olunub. Dekabr-yanvar aylarında buğdanın qiyməti isə stabildir. Ölkəmizdə unun qiymətinin artmasının başlıca səbəbi daxili faktorlarla bağlıdır”.

Müsahibimiz vurğulayıb ki, ötən ilin ikinci yarısında dizel yanacağının 25 faiz bahalaşması daşınma xərclərini artırıb. Təkcə sahibkarlar və un istehsalçıları deyil, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan şəxslərin də xərcləri artıb.

Xalid Kərimli, iqtisadçı ekspert

Ekspert qeyd edib ki, bundan başqa, 2025-ci ilin yanvar ayından etibarən kommunal xərclərin, minimum əməkhaqqının, o cümlədən ötən il orta aylıq əməkhaqqının 8% artması un istehsalı ilə məşğul olan dəyirmanların da xərcinə təsirsiz ötüşmür. Nəticədə un məmulatlarının qiymətində bahalaşma qeydə alınır".

X.Kərimli bildirib ki, unun qiymətinin bahalaşmasını Tarif Şurası tənzimləməsə də, un strateji məhsul saydığı üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Ehtiyatlar Agentliyi qiymət tənzimlənməsinə ciddi nəzarət edir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 – 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 – 28.20 manat təşkil edirdi. Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat 50 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik). “Dəvəçi-Taxıl” MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb. Bundan başqa, digər istehsalçıların da qiymətlərində 10-45 qəpiklik artım qeydə alınıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri