Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Masazırdakı dueldə də qazanan olmadı

Masazırdakı dueldə də qazanan olmadı

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah” Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” ilə heç-heçə edib – 1:1.

Bu mövsüm qeyri-stabil nəticələri və oyunu ilə diqqət çəkən “Sabah” oyuna daha yaxşı başlayan tərəf oldu. Meydanın mərkəzində üstünlüyü ələ alan “bayquşlar” daha çox hücum edən, qol şansı yaradan tərəf oldu. Komandanın səyləri fasiləyə 10 dəqiqə qalmış nəticə verdi. Cesse Sekidika cərimə meydançasından kənardan dəqiq zərbə ilə hesabı açdı. Qoldan sonra da üstünlüyünü saxlayan “bayquşlar” fasiləyə üstün yollandı.

İkinci hissəyə isə hesabda geri olan “Zirə” daha yaxşı başladı. Məğlubiyyətdən qurtulmağa çalışan “qartallar” sürətli hücumlar zamanı müdafiədə boşluqlar versə də, “Sabah”ın futbolçuları bunu dəyərləndirə bilmədi. Əvəzində standart vəziyyətdən fərqlənən “Zirə” hesabı bərabərləşdirməyə nail oldu. Bundan sonra hər iki tərəf qələbə üçün can atsa da, yekunda tərəflər hərəyə bir xal qazandı. Maraqlı məqamdır ki, komandaların bu mövsüm əvvəlki oyunlarında da eyni hesab qeydə alınıb – 1:1.

“Sabah”ın baş məşqçisi Vasili Berezutski nəticəni ədalətsiz hesab etdi. Mütəxəssis matçsonu mətbuat konfransında hakim idarəçiliyindən narazılığını bildirib, “Zirə”nin qol vurduğu cərimə zərbəsində qayda pozuntusu olmadığını bildirdi. Hər bir halda, qərar verilmiş, matç başa çatmışdı. Görüşün referisi Rəşad Əhmədov bəzi epizodlarda tez fitini çalır, sürətin daha artmasına mane olurdu. Buna baxmayaraq, hakimin ciddi kobud səhvə yol verdiyini demək olmaz.

“Zirə” məğlubiyyətsiz yoluna davam etməkdədir. Turnir cədvəlinin ikinci sırasında yer alan “qartallar” oyunu ilə gümüş medallara layiqli namizəddir. “Sabah” isə özündən yuxarı sıralarda yer alan komandalara qarşı yaxşı oyununu davam etdirir. Bu mövsüm “Qarabağ”, “Neftçi”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Zirə” kimi komandalarla yaxşı performans göstərən “bayquşlar” turnir cədvəlinin aşağı sıralarında yer alan komandalara qarşı eyni oyunu göstərə bilmir. Çempionatda 35 xalla 5-ci sırada qərarlaşan komandanın Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanması mümkünsüzə yaxındır. Əsas hədəfi kubokla Avrokuboka vəsiqə qazanmaq olan “futursitlər” bununçün final yolunda “Neftçi” səddini aşmalı olacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Mart 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri