Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu olması məlum olub.
O da bəlli olub ki, motosikleti idarə edən A.Məlikovun sürücülük hüququ olmyıb.
Qeyd edək ki, dəhşətli qəza Abşeron rayonu, Duz gölü kənarında Masazır kəndindən Novxanı istiqamətində gedən yolda baş verib. Hər iki gənc hadisə yerində ölüb.
Faktla bağlı Abşeron RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Oktyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















