Masazırın bəzi ərazilərində bu gün elektrik enerjisi olmayacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Masazır qəsəbəsiniin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
“Azərişıq”dan “APA-Economics”ə verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq 16 dekabr tarixində saat 10:00-dan saat 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Qaçaq Nəbi, Z. A. Tağıyev, Məhəmmədəmin Rəsulzadə, Nizami, Füzuli küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - məlumatda qeyd olunur.
Bununla yanaşı, bu gün Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - məlumatda vuröulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 16 Dekabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















