Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Yasamal və Zirənin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 25-də paytaxtın bəzi ərazilərində elektrik şəbəkəsində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Ələsgər Ələkbərov, Mirmövsüm Nəvvab, Rahib Tağıyev, Ümid Əkbərov küçələri, Hüseyn Cavid prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 6 kV-luq hava xəttində həyata keçiriləcək profilaktik tədbirlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Dübəndi bağları yaşayış massivində enerjinin verilişi müvəqqəti məhdudlaşacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 25 Sentyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















