Maşın ağaca çırpılıb alovlandı Sürücü yanaraq öldü
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Zaqatalada ağır qəza baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində baş verib.
Belə ki, Əfqan Əfəndi oğlu Mülkümov idarə etdiyi “VAZ21099” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü Ə.Mülkümov sükan arxasında yanaraq ölüb.
Avtomobil Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Ə.Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Avqust 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















