Icma.az
close
up
RU
Maşın alarkən bunlara DİQQƏT edin Standart alverçi yalanları...

Maşın alarkən bunlara DİQQƏT edin Standart alverçi yalanları...

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni avtomobillərin qiyməti o qədər bahadır ki, alıcıların çoxu işlənmiş maşın almağa üstünlük verir. İşlənmiş avtomobillərin isə yaxşısını tapmaq biraz çətindir. İkinci əl avtomobil almaq istəyənləri, xüsusən də, bu birinci maşın olacaqsa, ən çox narahat edən məsələ seçimdə aldanmamaqdır. Çünki, bazarda kifayət qədər aşmış, problemli, yürüşü çəkilmiş avtomobil "bezkraska", "ideal", "otur sür" adıyla alverçilər tərəfindən təqdim edilir.

Bəs avtomobil alarkən nələrə diqqət etməliyik?

Avtomobil alarkən diaqnostika mütləqdir. Bunun üçün minimum 30 manat lazımdır. Hər bəyəndiyimiz avtomobili yoxlatdırmaq üçün xərc çəkib, sonra da almasaq əlimizdə pul qalmaz. Buna görə də diaqnostikaya ehtiyac olmadan avtomobili özünüz necə yoxlaya biləcəyinizi təqdim edirəm:

- İlk növbədə avtomobilin dövlət qeydiyyat nişanını Google axtarış sisteminə yazın. Bu zaman avtomobilin keçmişində ağır qəzası olubsa və ya kimsə əvvəllər hansı qiymətə satışa çıxarıbsa elan saytlarında görünməsi ehtimalı böyükdür. Lakin, bu zaman hər hansı məlumatın çıxmaması avtomobilin qəzasız olduğu mənasına gəlmir.

- Avtomobilin ön şüşəsində və ya sürücü qapısındakı VİN kodu götürün. Bu kodla avtomobil haqqında bütün məlumatları almaq mümkündür. Bəzən sadəcə kodu Google-a yazaraq avtomobilin əvvəlki halının şəkillərini görmək, nə cür qəzaya düşdüyü, başına nə iş gəldiyini bilmək olur. Əgər bu fotoları görəndən sonra da almağa qərarlısınızsa onda 5 azn ödəniş edərək "Carfax" vasitəsi ilə xarici sığorta bürosundan tam ətraflı məlumat ala bilərsiniz. 

- Avtomobilin çölünün və salonununun görünüşünə aldanmayın. Əyləşdikdən sonra mühərriki işə salıb, 1,2 dəqiqə ərzində mühərrikin səsinə qulaq asın. Hər hansı xırıltı, çıkkıltı, qeyri-müntəzəmlik, takkıltı, cüyültü eşitdikdə avtomobilin nə probleminin olduğunu soruşun. Belə səslər gələn mühərrikli avtomobili alsanız sizin üçün çox xərcli ola bilər.

- Avtomobilin sürətlər qutusu ən baha təmir olunan hissələrindən biridir. Ona görə də sürətlər qutusunun yoxlanılması mütləqdir. Bunun üçün sadəcə əyləcə basaraq bir neçə dəfə "D" və "R" rejiminə keçirin, bu zaman avtomobildə arxadan sizi vururmuş kimi hissi versə, o avtomobilin sürətlər qutusunda problem var deməkdir.

- Avtomobil ehtiyat hissələri arasında bahalı olan detallardan biri də kondisionerin kompressorudur. Bu səbəbdən də kondisionerin işləyib-işləməməsini mütləq soruşun, qoşub yoxlayın, kondisoner açıq ikən mühərrikin səsinə yenidən nəzər yetirin. Kondisioner soyuq vurmasa satıcının "yəqin qazı bitib" yalanına aldanmayın.

- Avtomobilin yuxarıda sadalanan hissələrində hər hansı problem yoxdursa, banını nəzərdən keçirin. Faraların birləşdiyi yerlər, qapıların kənarları, təkərlə qanadlar arasındakı məsafə, kapot ilə buferin birləşən yeri, baqajda aşkar zədə izləri gördükdə onu almaqdan çəkinin.

- Avtomobilin lyuku varsa salona su axıdıb-axıtmadığını soruşun, hətta, imkanınız olsa bir butulka su ilə yoxlayın.

- Avtomobilin qeydiyyat şəhadətnaməsindəki nömrələr ilə ban və mühərrik nömrəsini yoxlayın. Mühərrik nömrəsinin olmaması və ya uyğunsuz olması sənədləşmə zamanı sizin üçün problem yarada bilər.

- Yuxarıda sadalanan hissələrlə bağlı hər hansı problem yoxdursa avtomobil ilə test yürüşünə çıxın, sükanı tam sağa və tam sola çevirərək gələn səslərə fikir verin, mümkün qədər nahamar yerlərlə sürün ki, avtomobilin asqı sistemində hər hansı nasazlıq varsa səs ilə özünü aşkar biruzə versin.

- Əyilib avtomobilin altında asqı yaylarına, pasına, çürüyünə, qanadaltıların vəziyyətinə, yağ axıdan yerinin olub-olmamasına baxın.

- Sürücüdən avtomobili niyə satmaq istədiyini soruşun. Şübhəli cavablar verməsi sizi böyük xərclərdən xilas edə bilər.

Bu qeyd etdiklərim üçün hər hansı ödəniş etməyə ehtiyac yoxdur. Sadəcə göz vasitəsi ilə keçirilən baxışla avtomobili alıb-almamaq barədə qərara gələ bilərsiniz. Əgər yuxarıda qeyd edilən yoxlamalardan uğurla keçmiş bəyəndiyiniz avtomobil tapmısınızsa onda xüsusi diaqnostika mərkəzlərinə aparıb ciddi yoxlanışdan keçirməyiniz tövsiyə olunur.

Avtomobilin qəzalı olması, rənglənməsi, mühərrikinin yığılması, dəyişdirilməsi, hər hansı detalının dəyişdirilməsi onun sürüşünə ciddi təsir etmir. Sadəcə olaraq bu kimi işlər görülmüş avtomobillərin bazar qiyməti digərlərindən aşağı olur, alıcı tapmaq çətinləşir. Çalışın əvvəldən diqqətli olun ki, itkiləriniz minimum olsun.

Bəxtiyar Umarlı
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Noyabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri