Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Deputat jurnalisti həbs etdirib

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

Topuriya məğlub oldu UFC də ŞOK

İsveç miqrant siyasətini sərtləşdirir

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

Legioneri “Qəbələ” ilə vidalaşdı

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

Ət alarkən bunlara diqqət edin!

Ət alarkən bunlara diqqət edin!

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ölkənin müxtəlif bölgələrində dabaq xəstəliyinin yayılması əhalidə ciddi narahatlıq yaradıb. Xəstəliyin heyvandan insana keçmə ehtimalı az olsa da, vətəndaşların narahatlığı hələ də qalır. Heyvanları dabağa yoluxmuş vətəndaşların və yerli baytarların sözlərinə görə, Azərbaycanda dabaq xəstəliyinin ən təhlükəli növü - SAT-2 aşkarlanıb. İddialara görə, bu növə ölkəmizdə heç vaxt rast gəlinməyib.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizdə heyvanlar arasında peyvəndləmə əsasən bu xəstəliyin sadə növünə qarşı həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları da virusu aşkarlaya bilməyib. Yalnız xəstəlik geniş yayıldıqdan sonra ciddi nəzarət altında aparılan analizlər zamanı heyvanların dabağın SAT-2 növünə yoluxduğu məlum olub. 

Azərbaycanda yoluxma təhlükəli həddədirmi? Müalicə müddəti nə qədər vaxt alır?

Mövzu ətrafında yaranan suallarımıza əvvəlcə rəsmi qurumlardan cavab almağa çalışdıq.

İnsana yoluxma ehtimalı ilə əlaqədar Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan verilən açıqlamada Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxmanın qeydə alınmadığı bildirildi: “Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər.

Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.

Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər”.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev də bu gün verdiyi açıqlamada dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalının sıfra yaxın olduğunu qeyd edib: “Bu ehtimal demək olar ki, yoxdur. Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki, yoxdur”. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) müraciətimizə cavab olaraq deyildi ki, Agentlik ölkədə və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır: “Baytarlıq haqqında” Qanuna əsasən, heyvan mənşəli məhsulların (insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsullar) istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir. Heyvan mənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsul qəbuluna və satışına icazə verilir. Həmin təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan mənşəli məhsul qəbulu, saxlanması və satışı ərazinin səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında mümkündür”. 

Həmçinin məlumatda qanunvericiliyə əsasən, heyvan kəsiminin yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq tələblərə cavab verən kəsim məntəqələrində aparılmalı olduğu vurğulanıb: “Qeydiyyatsız, sanitar-baytarlıq nəzarətindən kənarda həyata keçirilən heyvan kəsimi həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq üçün ciddi risklər yarada bilər. İstehlakçılar yalnız baytarlıq müşayiətedici sənədləri olan heyvan mənşəli məhsulları almalıdır. Belə sənədlər məhsulun sağlam heyvandan əldə olunduğunu, baytarlıq nəzarətindən keçdiyini və qida təhlükəsizliyi baxımından tələblərə uyğun olduğunu təsdiq edir”. 

Ölkəmizin həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib: “Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”.

Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 25 oktyabrdan etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq: “Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq. Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək”.

Mövzu ilə bağlı saytımıza danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova diqqət etməli olduğumuz məqamlara toxunub: “Ət, zülal, eyni zamanda heyvan mənşəli olduğu üçün yüksək risk qrupuna aiddir. Buna görə də ət alarkən bəzi məqamlara diqqət etmək lazımdır. Yaxşı olar ki, onun etibarlı, mənşəyi bəlli olan yerdən alınmasına diqqət edək. Baytarlıq arayışının olub-olmamasına dair də mütləq şəkildə məlumat olmalıdır. Heyvanın kəsilmə və ətin saxlanılma şəraiti də düzgün olmalıdır. Çünki ət 2-4 dərəcəyədək temperaturda saxlanılmalıdır. Əgər otaq temperaturunda, yaxud da açıq havada saxlanılırsa, bu, ətin xarab olmasına və tərkibinin dəyişməsinə gətirib çıxarar. Eyni zamanda keyfiyyətli və təzə ət görünüşü ilə də seçilir. Bunu ətin iyi, görünüşü və teksturasından da anlamaq olur. Təzə və keyfiyyətli mal yaxud quzu əti adətən qırmızı rəngdə olur, barmaqla basıb çuxur yaratdıqda tezliklə əvvəlki vəziyyətinə qayıdır”.

Onun sözlərinə görə, ətdən, heyvan mənşəli qidalardan insan orqanizminə bir çox virus və bakteriya keçə bilər: “Əti alarkən onun bişmiş məhsulla təmas etməməsinə də diqqət etməliyik. Əti doğrayan lövhə və bıçaq ayrı olmalıdır. Bişirərkən ətin daxili temperaturu 70 dərəcənin üstündə olmalıdır. Bu, ətin tərkibində virus və bakteriyaların məhv olmasına səbəb olacaq”. 

Qeyd edək ki, dabaq (və ya aftoz) xəstəliyi iri və xırdabuynuzlu heyvanlarda, həmçinin donuzlarda rast gəlinən yoluxucu virus xəstəliyidir. Xəstəlik heyvanlarda yüksək hərarət, ağız və dırnaq ətrafında yaralarla müşahidə olunur və çox sürətlə yayılır. Dabaq təsərrüfata ciddi iqtisadi zərər vurduğu üçün yoluxma halı aşkarlandıqda xüsusi karantin tədbirləri görülür. Virus xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, nəcis, sidik və sairə ilə xaric olur. Törədici xəstəlik mənbəyindən geyimlə, yemlə, nəqliyyat və digər vasitələrlə, hətta külək vasitəsilə yayılaraq böyük ərazilərə sirayət edir. Dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, rayonlarda təsərrüfat fəaliyyətinin pozulmasına səbəb olur. Virusun müxtəlif tipləri (A, O, C, SAT-1, SAT-2, SAT-3) mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.

Lamiyə Məmmədova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see317

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see242

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see199

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see198

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see185

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see177

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see176

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see175

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see174

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see173

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see170

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see167

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see166

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see164

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see163

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see162

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see154

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see153

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri