Icma.az
close
up
RU
Maşın almaq istəyənlərin nəzərinə Bu model ucuzlaşıb

Maşın almaq istəyənlərin nəzərinə Bu model ucuzlaşıb

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar qiymətində azalma müşahidə edilən avtomobillər sırasında BMW-nin F10 modeli yer alıb.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, f10-un “dorestyle” modelləri bazarda 19-24 min arası məbləğə təklif olunur.

Bəs F10-lar niyə ucuzlaşıb?

Əvvəla onu qeyd edək ki, bazar qiymətinə təsir edən ən vacib şey tələbdir ki, f10-a da əvvəlki tələb yoxdur. Həm daha üstün və müasir texnologiyaya malik Çin avtomobillərinə marağın artması, həm modelin artıq köhnəlməsi, yanacaq sərfiyyatı, yürüyüşün ildən-ilə artması, ABŞ-dən ucuz qiymətə gətirilməsi və başqa bu kimi məsələlər modelin qiymətinə mənfi təsir edir.

Bu modellər artıq daha yeni BMW 5-ci seriya avtomobilləri (F90 və daha sonra G30) ilə əvəz olunub, yəni F10-lar köhnəlmiş texnologiya və dizayna malikdirlər. Texnologiya sahəsindəki sürətli inkişaf nəticəsində F10-un bəzi xüsusiyyətləri daha müasir modellər qədər cəlbedici deyil.

İkincisi, avtomobillər köhnəldikcə texniki xidmət və təmir ehtiyacları artır, bu da saxlanma xərclərinin artmasına gətirib çıxarır. Bu avtomobillərin mühərrik və ötürmə sistemləri, xüsusən də performans modellərində, köhnəldikcə bahalı təmir tələb edə bilər. Alıcılar daha müasir və etibarlı modellərə üstünlük verdikcə, F10-un bazar qiyməti düşməyə başlayır.

Eləcə də, avtomobilin yanacaq sərfiyyatı və ekoloji göstəriciləri müasir standartlardan geri qalır, bu da tələbatın azalmasına səbəb olur. Beləliklə, yaşlı modellərin bazarda daha sərfəli qiymətlərlə satılması təbii bir prosesdir.

Qeyd edək ki, Bakıda dövlət yol polisi xidmətinə verilən avtomobillərin bir qismi F10-dur. Bu avtomobillərin istismardan çıxarılıb hərraca qoyulmasından sonra F10-ların qiymətində kəskin düşüş gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri