Maşın alverçilərinə pis xəbər Maşının yürüşünü geri çəkənlər...
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə ikinci əl avtomobil bazarında kilometrin dəyişdirilməsi və sıfırlanması hiylələri geniş yayılıb. Bu fırıldaqlara qarşı xüsusi sorğu xidməti hazırlanıb. Vətəndaşlar nömrə və ya şassi nömrəsini daxil etməklə avtomobilin texniki baxış tarixçəsinə və faktiki yürüş məlumatlarına saniyələr ərzində çıxış əldə edə bilirlər. Xidmətin istifadəsi sadə və sürətlidir. Tətbiqdən bu günə qədər 16 milyondan çox insan yararlanıb. Sistem mümkün fırıldaqların qarşısını almağı hədəfləyir.
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, ikinci əl avtomobil bazarında kilometrin dəyişdirilməsi artıq açıq-aşkar problemdir:
“Alıcıların ən çox aldandığı məqam da məhz budur. Bir maşının real yürüşü onun texniki vəziyyəti, təhlükəsizliyi və real qiyməti barədə əsas göstəricidir. Xaricdə tətbiq olunan bu cür sorğu sistemləri məhz bu boşluğu doldurur və bazarda şəffaflığı artırır. Azərbaycanda belə bazanın yaradılması texniki baxımdan mümkündür, sadəcə sistemli yanaşma çatışmır. Əslində ölkə daxilində texniki baxışlar, sığorta hadisələri, servislərdə aparılan təmir qeydləri haqqında məlumat var. Problem ondadır ki, bu məlumatlar vahid bazada birləşdirilmir və vətəndaş üçün açıq deyil. Hazırda smsradar vasitəsilə yalnız qəza faktını öyrənmək mümkündür, amma avtomobilin yürüş tarixçəsi, əvvəlki baxış göstəriciləri və qəza görüntüləri barədə məlumat almaq mümkün deyil”.
O bildirib ki, belə bir sistem tətbiq olunsa, həm alıcı, həm satıcı, həm də bazar üçün əla olar:
“Fırıldaqların qarşısı alınar, yaxşı vəziyyətdə olan avtomobillər dəyərini itirməz, kilometri geri çəkilən maşınlar isə bazardan tədricən sıxışdırılıb çıxarılar. Üstəlik, bu, yol təhlükəsizliyinə də birbaşa təsir edər, çünki real yürüşü bilinməyən avtomobil potensial risk deməkdir. Burada məsələ texnologiyada yox, qərar və koordinasiyadadır. Dövlət qurumları, sığorta şirkətləri və servis mərkəzləri arasında vahid məlumat bazası yaradılsa, Azərbaycanda da saniyələr içində avtomobilin keçmişini görmək tam realdır”.
Həmçinin oxu:
'İşte Benim Stilim'in iştirakçısının meyiti tapıldı — FOTOLAR
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Bakıda şərab evlərində satılır — Ölüm riski var
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər VİDEO
14 İyul 2025 21:25
Maşın alverçilərinə bəd xəbər Qaydalar dəyişdi
17 Noyabr 2025 10:14
Maşın tutması ndan əziyyət çəkənlər üçün tövsiyələr
05 Avqust 2026 14:51
Tovuzda 1 maşının ucbaından 4 maşın xəsarət aldı
11 Dekabr 2025 09:21
Yeni maşın sürənlərə tövsiyə İki maşının arasında qarmamağa çalışın! VİDEO
10 Dekabr 2025 14:55
Baxış sayı:217
Bu xəbər 13 Mart 2026 22:39 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları