Icma.az
close
up
RU
Maşın alverçilərinə bəd xəbər Qaydalar dəyişdi

Maşın alverçilərinə bəd xəbər Qaydalar dəyişdi

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn ildən bütün maşınların qiymətində artım olacaq. Bahalaşma yanvar ayından başlayaraq müşahidə olunacaq. Qiymət artımı həm benzin, həm dizel, həm hibrid, həm də elektrik maşınlarında nəzərə çarpacaq. Azərbaycanda təklif olunan qanun layihələri, eləcə də Çində 14 noyabrda qəbul edilən qərarlar qiymətlərə ciddi şəkildə təsir edəcək.

İlk qərar Azərbaycana gətirilən hibrid və elektrikli maşınlara tətbiq olunan güzəştin il sonu bitməsi ilə bağlıdır. Hansı ki, bu qanun sözügedən mühərrikli maşınların qiymətində kifayət qədər bahalaşacağını deməyə əsas verir.

İkinci qərar ölkəyə idxal edilən maşınlar üçün alınan aksiz vergisinin hesablanma qaydasının dəyişməsidir ki, bu da maşınların qiymət artımı ilə nəticələnək.

Üçüncü qərar isə Azərbaycanla yox, Çin ilə bağlıdır. Belə ki, Pekin hökuməti 14 noyabr tarixində elə bir qərar verib ki, bu nəinki Azərbaycanda, bütün dünyada Çin maşınlarına tələbatı azalda bilər.

Çinin Ticarət Nazirliyi daxil olmaqla bir neçə rəsmi qurum, ölkə daxilində satılan yeni avtomobillərin xaricə ixrac edilməsinin qarşısını almaq üçün 2026-cı ildən yeni qaydalar tətbiq edəcək. Bəyanatda vurğulanır ki, bir çox fırıldaqçı sxemlərdə yeni avtomobillər daxili bazarda ucuz qiymətə alınıb, lakin cəmi bir neçə kilometr sürüldükdən sonra sənədlərdə "sıfır yürüşlü ikinci əl" kimi qeyd olunaraq xaricə yüksək qiymətə satılırdı.

2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək qərarla qeydiyyatından 180 gündən az vaxt keçən istifadə olunmuş avtomobilləri ixrac etmək istəyən şəxslər mütləq avtomobil istehsalçısının rəsmi razılığını almalıdır.

Bu o deməkdir ki, böyük şirkətlərin icazəsi olmadan yeni maşınları Çindən çıxarmaq demək olar ki, qeyri-mümkün olacaq. Bununla da maşınların gətirilməsini əsasən rəsmi servislər həyata keçirəcək, paralel idxal yolları bağlanacaq.

Son illər Azərbaycanda yollara çıxan yeni avtomobillərin arasında Çin modellərinin sayı xeyli artıb. Lakin bu maşınların əksəriyyəti rəsmi dilerlər tərəfindən deyil, adi alverçilər və ya kiçik şirkətlər tərəfindən, yəni qeyri-rəsmi (paralel) yolla ölkəyə gətirilirdi.

Bu o deməkdir ki, qeyri-rəsmi idxalçıların yeni və ucuz maşınları alıb dərhal Azərbaycana gətirmək imkanı bitir. İstehsalçı zavod heç vaxt paralel idxalçıya icazə verməyəcək, çünki onun özünün rəsmi distribyutorları var. Alverçilər ya çox köhnə (altı aydan çox sürülmüş) maşın gətirməli olacaqlar, ya da yeni maşınları gətirmək üçün icazə almalı olacaqlar ki, bu da xərcləri çox artıracaq.

Bazara yeni Çin avtomobillərinin axını kəsiləcək. Təklif azalacaq. Təklifin azalması isə, iqtisadiyyatın qanununa görə, qiymətlərin artmasına səbəb olur. Bu da paralel yolla gələn maşınların satışlardan "yoxa çıxmasına" gətirib çıxaracaq.

Çin hökuməti tələb edir ki, ixrac olunan avtomobilin xaricdə rəsmi servis xidmətləri haqqında sənəd olsun. Hazırda Azərbaycana gələn qeyri-rəsmi Çin maşınlarının ən böyük problemi odur ki, elektronika və ehtiyat hissələri ilə bağlı problem çıxanda onlara hər hansı zəmanət verilmir və sahibləri çətinliklə üzləşir. Yeni qayda rəsmi dilerlərin bazardakı mövqeyini gücləndirəcək. Beləliklə, maşın alanlar artıq ya rəsmi zəmanətlə gələn avtomobil alacaqlar, ya da heç almayacaqlar.

Bu qərarların hər üçü hazırda sürdüyü maşınları satmaq istəyənlərin xeyrinədir. Belə ki, maşın elanlarının aylarla saytlarda reaksiyasız qalma dövrü bitir. Artıq, Çin maşınlarının sifarişlə gətirilməsi çox baha başa gələcək deyə çox insan ənənəvi markalara yönələcək. Bu da digər maşınların qiymətinin bahalaşmasına gətirib çıxaracaq.

Bəxtiyar Umarlı
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:503
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Noyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri