Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Maşın bazarında satış dayandırılıb? “20 faiz bahalaşma olacaq”

Maşın bazarında satış dayandırılıb? “20 faiz bahalaşma olacaq”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hazırda ikinci əl avtomobil bazarında durğunluq yaşanır”. 

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu da ölkəyə yeni və münasib qiymətə avtomobillərin idxalının artması ilə bağlıdır: 

“Hibrid avtomobillərə güzəştlərin tətbiq olunmasından sonra onlara maraq artdı. Sahibkarlar əsasən Çindən daha sərfəli qiymətə yeni avtomobilləri ölkəmizə gətirdilər. Təbii ki, seçim olduğu halda alıcılar daha çox yeni avtomobilə üstünlük verdilər.

 Çin modellərinin qiyməti əlçatan olduğuna görə onları seçdilər. Məsələn, insanlar 20 min manata köhnə maşın deyil, yeni və müasir standartlara cavab verən avtomobil almağa başladılar. Bu da ikinci əl avtomobil bazarına mənfi təsir göstərdi”. 

Lakin ekspertin sözlərinə görə, birinci əl avtomobil bazarında durğunluq yoxdur: 

“Yeni avtomobillərin satışı davam edir. Adi statistikaya da nəzər salanda, bunu görə bilərik. Bu il ölkəyə idxal olunan avtomobillərin sayı təxminən 100 mini keçəcək. Ötən illə müqayisədə bu rəqəm xeyli çoxdur. 

İdxal olunan avtomobillərin təxminən 40 faizini hibrid modellər təşkil edir. Bəlkə də 50 faizə çatacaq. Yəni birinci əl avtomobil bazarında hər hansısa durğunluqdan söhbət getmir”. 

Mütəxəssis əlavə edib ki, yanvar ayının 1-dən sonra hibrid avtomobillərə tətbiq olunan güzəştlərin müddəti bitsə də, bazarda durğunluq yaşanmayacaq: 

“Sadəcə olaraq bazar stabil artmaqda davam edəcək. Hibrid və buraxılış ili 7 ilə qədər olan avtomobillərin qiymətində 18-20 faiz artım müşahidə olunacaq. 

Yaşı 7-dən çox olan maşınlar ölkəmizə idxal olunan zaman mühərrik həcminə görə alınan aksiz vergisinin dərəcələri də artırılır. Bu da qiymətə təsir edəcək. Yəni bahalaşma sadəcə hibrid avtomobillərdə deyil, benzin və dizel mühərrikli maşınlarda da olacaq. Ancaq hibrid avtomobillərin qiymətinin qalxması ikinci əl avtomobil bazarında canlanmaya səbəb olacaq. Qiymət dəyişəndə, alıcılar artıq ikinci əl avtomobillərə maraq göstərəcəklər”. 

Eldəniz Cəfərov son günlər sosial şəbəkələrdə maşın bazarında və salonlarda hibrid modellərinin satışının dayandığı, satıcıların 1 yanvarı gözlədiyi iddiaların isə doğru olmadıını söyləyib: 

“Bunlar sadəcə iddiadır, reallığı əks etdirmir. Belə şey ola bilməz. Kiminsə avtomobili ölkəyə gətirib, satmayıb yanvarı gözləməsi məntiqsizdir. Avtomobilin ili köhnəldiyi üçün qiyməti də aşağı düşür. Yanvarın 1-dən ölkəyə idxal olunan maşınların qiyməti qalxacaq. 2025-ci ilin maşını 2026-cı ildə daha baha qiymətə satılmayacaq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Maşın bazarı avtomobil

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri