Icma.az
close
up
RU
Maşında əsla yemək olmaz

Maşında əsla yemək olmaz

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ciddi fəsadları həkim izah edir...


İnsanların bir çoxu avtomobildə atışdırmalıqlara adət edib. Bəzisi hansısa tədbirə, bəzisi görüşə tələsərkən, bəzən idmandan sonra, bəzən də uzun səfər zamanı avtomobildə, sükan arxasındaca nahar edir. Ancaq mütəxəssislərin xəbərdarlıqları “yemək bir az gözləsin”, deməyə vadar edəcək. 

“Sherg.az” “tr.mashable.com”a istinadən xəbər verir ki, mütəxəssislər avtomobildə nahar etməyin sağlamlığa ciddi təsirləri ilə bağlı narahatlıqlarını bildirir. Həkim Shivram Sink sükan arxasında, avtomobil salonunda nahar etməyin sağlam olmadığını vurğulayıb və bunun qida zəhərlənməsi riskini də artıra biləcəyi barədə xəbərdarlıq edib. WINIT Klinikasında çalışan S.Sink "maşında nahar etmək və ya qidanı, ərzağı avtomobilin içində saxlamaq çox vaxt qırıntılara və ya qida dağılmasına səbəb ola bilər. Bunlar yaxşıca təmizlənməsə, orada bakteriya, kif yaranmasına və ya digər zərərvericilərin əmələ gəlməsinə səbəb ola bilər” deyib. Bu vəziyyət təkcə qidalanma baxımından deyil, sağlamlıq və gigiyena baxımından da qeyri-sağlam bir mühit yarada bilər. Sürücülər qidalanmaq istəyirsə, bunu yeməkdən daha yaxşı həzz ala biləcəyi və daha uyğun şəkildə saxlaya biləcəyi mühitdə etməlidirlər. Mütəxəssislər əldə edilən məlumatlara əsaslanaraq vurğulayırlar ki, əgər avtomobildə yemək yeyəcəksinizsə, avtomobilin çox yaxşı təmizləndiyinə əmin olmalısınız. Eyni zamanda S.Sink deyib ki, avtomobildə nahar etmək yoluxucu xəstəliklər riskini artırır. "Avtomobilinizdə yemək saxlamaq və nahar etmək bakteriya artımının artmasıyla nəticələnəcək ki, bu da bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər" deyən həkim "maşınlar yayda içəridə çox isti, qışda isə çox soyuq ola bilər və bu ekstremal şərtlər sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər", vurğulayıb.  Salmonella və Listeria kimi bəzi bakteriyalar, tipik bir qapalı avtomobildə tapılan 40 ilə 60 dərəcə Selsi aralığında ideal böyümə temperaturlarına malikdir. Bu vəziyyət qidadan yoluxucu xəstəliklərin riskini artırır. Əvvəlki araşdırmalar avtomobillərdə bakteriya sayının çox olduğu bir neçə sahəni aşkar etmişdi. Bakteriyalar daha çox avtomobilin baqajında olur, burada təxminən 1500 müxtəlif bakteriya aşkar edilir. Sürücü oturacağı, ötürücü dəstək, alət paneli və sükan da xeyli miqdarda bakterial yük daşıyır. Lakin bu araşdırma satılmağı gözləyən işlənmiş avtomobillər üzərində aparılıb. Mümkündür ki, müntəzəm olaraq istifadə edilən avtomobillərdə bakteriya sayı daha yüksək olsun. 

Mütəxəssislərin fikrincə, avtomobillərdə ən çox rast gəlinən bakteriyalar bağırsaqlarımızda yaşayan E.coli-dir. E.coli mahiyyət etibarilə zərərsizdir, lakin bəzi hallarda qida zəhərlənməsinə səbəb ola bilər. Avtomobildə başqa gizli bakteriya növləri də ola bilər; Staphylococcus epidermidis və bəzi Staphylococcus aureus ştammı da sınaqdan keçirilmiş əksər avtomobil səthlərində ən çox yayılmış bakteriyalar olub. Mütəxəssislər bildirir ki, xüsusilə də avtomobildə yemək yeyirsinizsə, avtomobilinizi mütəmadi olaraq təmizləməlisiniz. Avtomobilin gigiyenik təmizlikdə saxlanması avtomobildə kif və xəstəliklərin yaranmasının qarşısını almaq üçün çox vacibdir. Avtomobili müntəzəm olaraq, xüsusən də yeməkdən sonra təmizləmək çox vacibdir. Daşınan tozsoran, antimikrob salfetlər və dezodorasiya spreylərindən istifadə sürücülərə təmiz və təhlükəsiz sürücülük mühitini saxlamağa kömək edə bilər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri