Maşında yüksək səslə musiqi dinləyənlər cərimələnəcək?
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
“Avtomobillərdən yaranan səs-küyə qarşı ayrıca inzibati məsuliyyət müəyyən edilməlidir. Şəhərdə problem yalnız gecə saatlarında yaranan səs-küylə məhdudlaşmır. Gün ərzində də avtomobillərdən yüksək səslə musiqi səsləndirilməsi və zərurət olmadan səs siqnalından istifadə edilməsi şəhər mühitində ciddi səs-küy yaradır”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, səs siqnalı təhlükə barədə xəbərdarlıq etmək üçündür, əsəb və narazılıq ifadə etmək üçün deyil: Sezar pizza
“Ona görə də hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsində ayrıca bəndlə:
günün bütün saatlarında avtomobildən normadan artıq səslə musiqi səsləndirilməsi;
zərurət olmadan və ya lüzumsuz olaraq səs siqnalından istifadə edilməsi inzibati xəta kimi müəyyən edilməli və buna görə konkret cərimə nəzərdə tutulmalıdır.
Gecə saatlarında isə mövcud 521-ci maddənin tələbləri ilə yanaşı, bu davranışlara nəzarət daha sərt həyata keçirilməlidir.
Səs siqnalı təhlükə barədə xəbərdarlıq etmək üçündür, əsəb və narazılıq ifadə etmək üçün deyil. Məqsəd sürücüləri cəzalandırmaq yox, şəhərdə sağlam və komfortlu səs mühiti yaratmaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 14 Sentyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















