Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycanda gecə saatlarında qonşuların dincliyini pozan şəxslər inzibati məsuliyyətə cəlb edilə bilərlər. Bir çoxlarının diqqətindən yayınan bu qayda mənzillərdə, yaşayış evlərinin həyətlərində və ictimai yerlərdə səs-küy salmağa aiddir.
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 00:00-dan səhər 07:00-dək ucadan mahnı oxumaq, musiqi alətlərində yüksək səslə ifa etmək, televizor, radio və digər səs cihazlarını gur səslə işlətmək qadağandır. Məişət texnikası
Qanunun tələblərini pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə edilə bilərlər.
Qeyd edək ki, bu qayda yalnız mənzillərə deyil, yaşayış evlərinin girişlərinə, həyətlərə, küçələrə, istirahət və digər ictimai yerlərə də şamil olunur./Demokrat.az
Baxış sayı:54
Bu xəbər 11 Noyabr 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















