Maşını darvazanın önündə saxlayan sakin hər dəfə cərimələnir VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxt sakini evinin qarşısında avtomobil saxladığı üçün cərimələndiyini bildirib.
Avtosfer.az-a müraciət edən Dadaş Məmmədov, 77-UF-213 nömrə nişanlı avtomobilinə SMS vasitəsilə cərimə ilə bağlı bildiriş göndərilib. Cəriməyə əlavə olunan fotoşəkildə avtomobilin onun şəxsi bağ evinin qarşısında, giriş qapısının önündə park edildiyi əks olunub.
Şikayətçinin sözlərinə görə, o, Şüvalan-Buzovna şossesi ərazisində, Vətən restoranının yaxınlığında yerləşən evdə 20 ildən artıqdır yaşayır və avtomobilini illərdir həmin ərazidə saxlayır.
Şikayətçinin sözlərinə görə, əvvəllər avtomobilini həyətin daxilində park etsə də, sonradan ərazidə aparılan yol və səki təmiri işlərindən sonra vəziyyət dəyişib:
“İcra Hakimiyyəti tərəfindən yol çəkilərkən evin qarşısında daş plitələr döşənib və yolun səviyyəsi qaldırılıb. Nəticədə avtomobilin həyətə daxil olması faktiki olaraq mümkünsüz vəziyyətə düşüb”.
Dadaş Məmmədov qeyd edib ki, bu səbəbdən uzun müddətdir avtomobilini evinin qarşısında, iki avtomobil üçün nəzərdə tutulmuş sahədə saxlayır. Onun sözlərinə görə, həmin ərazi piyadaların hərəkətinə maneə yaratmır.
Sakin məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edərək problemin həll olunmasını və cərimənin yenidən araşdırılmasını istəyib.
Qeyd edək ki, son dövrlərdə paytaxtın müxtəlif ərazilərində yol və səki infrastrukturunda aparılan dəyişikliklərdən sonra sakinlərin parklanma ilə bağlı narazılıqları vaxtaşırı gündəmə gəlir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş səkidə dayanması və durması qadağandır. Bu da öz növbəsində inzibati məsuliyyət yaradır. Bu baxımdan da sürücülər diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 26 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















