Maşını Ramaldanovun həyat yoldaşı idarə edirmiş... Dəhşətli qəzanın təfərrüatları
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən axşam saatlarında Qusarın Yuxarı Ləgər kəndində polkovnik Şair Ramaldanovun ailə üzvlərinin düşdüyü qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bu barədə Şair Ramaldanovun yaxın dostu, hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. O bildirib ki, hadisə zamanı avtomobili İlham Ramaldanovun həyat yoldaşı idarə edib:
"Hadisə dünən axşam saatlarında Qusarın Yuxarı Ləgər kəndində baş verib. Həmin vaxt yollar buz bağladığı üçün hərəkət çətinləşib. Hadisə zamanı Ramaldanovların ailəsinin idarə etdiyi maşının qarşısına "KamAZ" markalı yük avtomobili çıxıb. Nəticədə sürücü idarəetməni itirib və yoldan çıxaraq dərəyə yuvarlanıb. Hazırda vəfat edənlərin nəşi Qusardan Bakıya gətirilir. Onların nəşi torpağa tapşırılmaq üçün Göy məsciddən yola salınacaq.
Xatırladaq ki, hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb./news24.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 15 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















