Icma.az
close
up
RU
Maşının salonunda xoş qoxu yayan ətirlərdə hansı təhlükələr gizlənir? HƏKİMLƏR AÇIQLADI FOTO

Maşının salonunda xoş qoxu yayan ətirlərdə hansı təhlükələr gizlənir? HƏKİMLƏR AÇIQLADI FOTO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bir gün avtomobilinə mindin. Havanı dəyişmək üçün şüşəni açmaq istəmədin, çünki yeni ətir qutusunun yaratdığı qoxu salonu bürümüşdü. Bir neçə dəqiqə sonra özünü qəribə hiss etməyə başladın: ürəyin bulandı, başın ağrıdı, nəfəs almağın çətinləşdi və özünün ağırlaşdığını hiss etdin. Bəlkə də bunu həmin an sadəcə yorğunluqla əlaqələndirəcəksiniz. Amma bəzən görünməyən təhlükələr ən adi vərdişlərimizin arasında gizlənir.

Avtosfer.az xəbər verir ki, bugünkü avtomobil mədəniyyətində maşın ətirləri bir çox sürücünün vazkeçilməz aksessuarına çevrilib. Maşının içində təmiz, təravətli bir qoxu yaratmaq məqsədilə istifadə edilən bu məhsullar ilk baxışdan sadəcə rahatlıq və zövq üçün nəzərdə tutulmuş kimi görünür. Ancaq bu qoxuların arxasında gizlənən kimyəvi tərkiblər, insan sağlamlığı üçün düşündüyümüzdən daha böyük risklər daşıya bilər.

Araşdırmalar göstərir ki, maşın ətirlərinin tərkibində tez-tez müxtəlif sintetik ətir komponentləri, ftalatlar, formaldehid kimi maddələr yer alır. Bu maddələr uzun müddətli məruz qalma halında allergik reaksiyalara, tənəffüs problemlərinə, hətta hormonal balans pozuntularına səbəb ola bilər. Xüsusilə dar, havalandırması məhdud olan avtomobil salonunda bu kimyəvi maddələrin konsentrasiyası sürətlə yüksəlir və sürücülər, eləcə də sərnişinlər üçün real təhlükə yaradır.

Bəs biz gündəlik həyatımızda maşın ətrlərinin bu görünməyən təsirlərinə nə qədər məruz qalırıq?

Məsələ ilə bağlı tibb eksperti Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, dünyada kosmetik məhsulları və ətirləri istehsal edən məşhur firmalar, brendlər özbaşına məşhurlaşmır:

“Onların bütün məhsulları xüsusi dermatoloji testlərdən keçirilir, allergik reaksiyaya səbəb olub-olmaması, orqanizmə digər neqativ və toksiki təsirləri yoxlanılır. Yalnız bu testlərdən uğurla keçən məhsulların istifadəsinə icazə verilir. Bu gün isə avtomobillərdə istifadə olunan ətirlərin əksəriyyəti Çin istehsalıdır və onların təhlükəsizlik parametrləri ciddi şübhələr doğurur. Çünki bu məhsullar kimyəvi yollarla hazırlanır və heç bir klinik testdən keçirilmir. Ona görə də bu cür ətirlərlə bağlı dəqiq və bir mənalı fikir söyləmək çətindir. Ancaq kimyəvi tərkibli qatqıların orqanizmə müəyyən zərərli təsir göstərə biləcəyi ehtimalı var. Burada allergik reaksiyalar, tənəffüs yollarına mənfi təsirlər və digər problemlərdən söhbət gedə bilər”.

Onun sözlərinə görə, avtomobilin içərisində insanlar uzun müddət nəfəs aldıqları üçün belə məhsullardan istifadə potensial təhlükə yaratması nəzər alınmalıdır:

“Buna görə də, yaxşı olardı ki, avtomobillərdə təmizliyə diqqət yetirilsin və içəridə daha çox təbii ətirlərdən, təbii çiçəklərdən və digər təbii vasitələrdən istifadə edilsin. Mən düşünürəm ki, tanınmayan, təhlükəsizliyi təsdiqlənməmiş məhsullardan mümkün qədər istifadə edilməməlidir".

Allerqoloq Aysel Mehdiyeva Avtosfer.az saytına bildirib ki, avtomobillərdə istifadə olunan salon ətirləri (hava təravətləndiricilər) bəzi insanlarda allergik reaksiyalara və ya qıcıqlanmalara səbəb ola bilər:

“Bu, əsasən onların tərkibindəki kimyəvi maddələrə görə baş verir Allergik təsirlərin mexanizmlərinin öyrənilməsi də mütləqdir. Bunlar aşağıdakılardır:

1) Tənəffüs yollarının qıcıqlanması: Burun axıntısı, asqırıq, öskürək, boğazda qaşınma yarada bilər;

2) Dəri reaksiyaları: Kontakt dermatiti (dəri səpkisi, qaşınma) baş verə bilər;

3) Baş ağrısı və baş gicəllənməsi: Xüsusilə sintetik ətir tərkibli məhsullarda olur;

4) Astma tutmalarının pisləşməsi: Astması olan şəxslərdə bu ətirlər simptomları kəskinləşdirə bilər;

5)Gözlərdə yanma və yaşarma: Tərkibindəki uçucu maddələr səbəbilə gözlərə təsir edə bilər”.

Həkim-ekspert, ətirlərin tərkibində adətən ftalatlar, formaldehid, toluen kimi maddələr olur — bunlar da həm allergik, həm də toksik təsir göstərə biləcəyini vurğulayıb:

“Bəzi məsələlərə diqqət etmək kifayətdir ki, sürücülər bu məhsulların mənfi təsirlərindən yan keçə bilsin:

1) Təbii tərkibli və allergik testlərdən keçmiş məhsulları seçmək;

3) Avtomobil içərisini yaxşı havalandırmaq;

4) Ətir yerinə təbii üsullarla (məsələn, aromatik otlar, karbon filtrli təmizləyicilər) avtomobil havasını təravətləndirmək”.

Mütəxəssislər bildirir ki, allergik reaksiyalara meyilli insanlar - astma xəstələri və həssas qruplar bu cür məhsullardan daha çox zərər görə bilərlər. Araşdırmalar nəticəsində tanınmamış və təhlükəsizliyi yoxlanmamış ətirlərdən uzaq durmaq, mümkün qədər təbii alternativlərə üstünlük vermək, avtomobilin içərisini mütəmadi havalandırmaq daha doğru seçim olduyğu müəyyənləşib. Sağlamlığımızı qorumaq üçün təkcə istifadə etdiyimiz qida və dərmanlara deyil, eyni zamanda nəfəs aldığımız mühitə də diqqət yetirməliyik.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri