Icma.az
close
up
RU
“Ermənistan hələ də maneəsiz keçid anlayışını öz maraqlarına uyğun yozmağa çalışır” Ekspert

“Ermənistan hələ də maneəsiz keçid anlayışını öz maraqlarına uyğun yozmağa çalışır” Ekspert

525.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanın Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətləri aradan qaldırması mühüm siyasi jestdir. Bu, eyni zamanda Azərbaycanın sülh gündəliyinə verdiyi yeni impulsdur. Regional nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş qərar, həmçinin ölkəmizin strateji iradəsini göstərir”. 

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Fuad Abdullayev deyib.

Onun sözlərinə görə, bu qərarla Azərbaycan açıq şəkildə bildirib ki, kommunikasiyaların açılması, qarşılıqlı etimadın bərpası və iqtisadi inteqrasiya sülhün əsas şərtlərindən biridir. 

Ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycan arasında Marqara-Yeqnadzor-Sisian-Gorus marşurutu ilə yük daşımalarının həyata keçirilməsinə hazır olduqlarına dair bəyanatını da şərh edib.

“Bu, ilk baxışda regionda kommunikasiya əlaqələrinin normallaşmasına yönəlmiş konstruktiv addım təsiri bağışlaya bilər. Lakin, fikrimcə mahiyyət etibarilə bu, ilk növbədə Ermənistan-Türkiyə və Azərbaycan sərhədlərini açmaq, iqtisadi blokadadan çıxmaq və regional təzyiqlərin aradan qaldırılması cəhdinin tərkib hissəsidir. Qeyd edim ki, bu istiqamətin açılması İrəvan üçün regional inteqrasiya imkanlarının genişlənməsi, eyni zamanda, Paşinyanın təbii ki, seçkilərdən öncə əlinin güclənməsi deməkdir. Paşinyan bu addımla həm Türkiyə, həm də dolayısı ilə Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir. Digər tərəfdən, rəsmi İrəvan bu təşəbbüslə özünü sülh və əməkdaşlığa açıq tərəf kimi təqdim etməyə çalışır. Eyni zamanda, regiondakı kommunikasiya xətlərinin açılmasında Qərb platformalarında mövqelərini möhkəmləndirməyə cəhd göstərir”, - BMTM-nin məsləhətçisi söyləyib.

Onun fikrincə, rəsmi İrəvanın bu təklifi heç də Zəngəzur dəhlizinin açılmasına hesablanmayıb: “Baxmayaraq ki, Paşinyan beşinci Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bu məsələyə toxunub. Qeyd edib ki, layihənin nəticələrindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolunun açılmasıdır. Ermənistan hakimiyyətinin nümayəndələri hələ də  8 avqust bəyannaməsində qeyd edilən maneəsiz keçid anlayışını öz maraqlarına uyğun şəkildə, yəni fərqli formada yozmağa çalışırlar. Bu da o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan həmin bənddəki maneəsiz keçid prinsipini müəyyən qədər qəbul etmir. Əvəzində isə öz suveren nəzarəti altında olan gömrük və sərhəd prosedurlarına tabe edilmiş tranzit modelini təklif edir”. 

Ermənistanın təklifinin Bakının qərarına adekvat olub-olmamasına gəlincə, F.Abdullayev deyib ki, hazırda bununla bağlı yekdil qərar vermək hələ ki, tezdir: 

“Belə ki, Ermənistan tərəfinin təklifinin əsasını hansı konkret şərtlər və mexanizmlərin təmin edəcəyi, eləcə də logistika, təhlükəsizlik və tarif məsələləri hələ aydın deyil. Bu baxımdan adekvatlıq yalnız praktiki icraata baxıldıqdan sonra daha dəqiq qiymətləndirilə bilər”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri