Icma.az
close
up
RU
Maşınların əvəzində taxıl Rusiya və Çin barter ticarətinə keçdi

Maşınların əvəzində taxıl Rusiya və Çin barter ticarətinə keçdi

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qərb sanksiyaları səbəbindən ödənişlərdə yaranan çətinliklər rus şirkətlərini 1990-cı illərin təcrübəsinə qayıtmağa məcbur edir. Çin şirkətləri ilə əməkdaşlıqda bank ödənişlərindən yan keçmək üçün onlar barter müqavilələri bağlayır və qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”ə  ticarət sektorundan bir şəxs bildirib.

"Barter genişlənir”, – o deyib. Onun sözlərinə görə, şirkətlər buna yaxşı vəziyyətdən yox, məhz ödəniş problemlərini həll etmək üçün əl atır. "Çin bankları sanksiya siyahılarına, ikinci dərəcəli sanksiyalara düşməkdən qorxurlar, buna görə də Rusiyadan pul qəbul etmirlər”, – deyə agentliyə ödəniş bazarı üzrə mütəxəssis söyləyib.

Mənbələrin, gömrük statistikasının və şirkətlərin açıqlamalarının təhlili əsasında "Reuters” son iki ildə Rusiya və Çin şirkətləri arasında səkkiz barter müqaviləsi müəyyən edib. Belə əməliyyatların real həcmini qiymətləndirmək çətindir, lakin agentliyin üç mənbəsinin sözlərinə görə, onlar getdikcə daha çox yayılır. Buna həm də Federal Gömrük Xidməti ilə Rusiya Bankının idxal üzrə məlumatlarındakı fərq sübutdur: bu ilin yanvar-iyun aylarında fərq 7 milyard dollara çatıb.

"FCS-in ticarət dövriyyəsi haqqında məlumatları ilə Rusiya Bankının xarici ticarət müqavilələri üzrə daxilolmalar/ödənişlər barədə məlumatları arasında əhəmiyyətli və davamlı uyğunsuzluqlar nağdsız hesablaşma formalarından, o cümlədən barterdən istifadəyə işarə edə bilər. Son dövrdə bu uyğunsuzluqların artması dolayı siqnaldır”, – deyə "Reuters”ə Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının (РАСПП) baş katibi Maksim Spasski bildirib.

Sərhədlərarası ticarətlə məşğul olan mənbələrin sözlərinə görə, barter sövdələşmələrində tez-tez kənd təsərrüfatı məhsullarından istifadə olunur. Rusiya taxılı istənilən Çin malı ilə dəyişdirilə bilər – kim necə razılaşırsa. Bir treyderin dediyinə görə, çinlilər öz ölkələrində rus şirkətinin sifariş etdiyi malı yuanla alır, rus vasitəçi isə şirkətdən analoji məbləği rublla alaraq taxıl alır, bundan sonra mal mübadiləsi həyata keçirilir.

Məsələn, bir sövdələşmədə çinlilər ruslar üçün avtomobil alıblar. Həmçinin taxıla qarşılıq Çin istehlak malları, kətan toxumuna qarşılıq isə məişət texnikası və tikinti materialları dəyişdirilib (bu barədə FCS məlumat verib). Barter zamanı paralel idxaldan da istifadə olunub (Avropa malları Çindən xammala əvəz gətirilirdi) və xidmətlər də əlavə olunurdu (qiymət fərqi Çin təchizatçısının Rusiyada avadanlığı işə salması və test etməsi xidməti ilə ödənilirdi).

Çin şirkətləri barter əməliyyatları barədə avqust ayında Kazanda keçirilən biznes-forumda danışaraq, maliyyə hesablaşmalarını və lokallaşmanı əməkdaşlıqda əsas problemlər adlandırıblar. "Hainan Longpan Oilfield Technology” şirkətinin nümayəndəsi Süy Sinçzin belə sövdələşmələrin Çin gömrüyünün xüsusi sertifikatından istifadə etməklə aparılmasını təklif edib. Xüsusilə, o öz şirkətinin gəmi mühərriklərini və generator qurğularını gəmiqayırmada istifadə olunan polad və alüminium materiallarına dəyişmək istədiyini bildirib.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri