Ukrayna ərazi əvəzində Rusiya ilə sülhə razılaşmayacaq
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Kiyev ərazi əvəzində Moskva ilə hər hansı razılaşmaya getməyəcək. Güc vasitəsilə sülhə alternativ ola bilməz.
Reyting.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ Konqresində dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı kompromisləri nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək.

A. Sibiqa
A. Sibiqa vurğulayıb ki, bu, milyonlarla insanı işğalçının əlində buraxmaq deməkdir, soyqırıma, işgəncəyə və zülmə gətirib çıxaracaq. O, əmindir ki, Rusiyanı ərazi qazancları ilə mükafatlandırmaq sülhü bərpa etməyəcək, əksinə, növbəti təcavüzə səbəb olacaq.
“Bu sakitləşmədir, sülh deyil. Sakitləşdirmə keçmişdə heç vaxt işləməyib və indi də işləməyəcək”, - deyə Sibiqa əlavə edib.
Qeyd olunur ki, görüş zamanı ayrı-ayrılıqda Rusiyanın nüvə ritorikasının eskalasiyası və dünyanın Kremlin təcavüzünü dayandıra bilməməsinin potensial nəticələri də müzakirə edilib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:“Ukrayna ərazi güzəştləri ilə razılaşmayacaq”
26 Sentyabr 2025 15:22
Ukrayna xəritəsində ciddi dəyişiklik: Rusiya bu ərazini qaytarır, əvəzində isə... Sürpriz
20 Noyabr 2025 20:25
Ukrayna Rusiya ilə ərazi mübadiləsina çalışır
11 Fevral 2025 22:13
Ukrayna Rusiya ilə danışıqlarda ərazi güzəştinə getməyəcək
21 Avqust 2025 14:24
Qrenlandiyanın əvəzində Kaliforniya
10 Fevral 2025 14:22
Baxış sayı:89
Bu xəbər 21 Noyabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















