Mask bu ölkə haqqında elə kəskin şeylər yazdı ki...
Publika.az saytına istinadən Icma.az xəbər verir.
“X” sosial media platformasının sahibi, milyarder İlon Mask Böyük Britaniyanı “qəddar polis dövləti” olmaqda ittiham edib.
Publika.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müttəfiqi və onun yaxın işçi komandasının üzvü olan Mask İngiltərə polisini insanlara irqindən asılı olaraq fərqli davranmaqda ittiham edib.
İngiltərədə ümumi seçkilərin keçirilməsini tələb edən kampaniyada imzaların sayı 2 milyonu keçdikdən sonra Mask “X”dəki paylaşımında daha əvvəl tənqid etdiyi Baş nazir Keir Starmer və hökuməti yenidən hədəfə alıb.
İsveçli bir jurnalistin İngiltərədə yeni ümumi seçki çağırışı edən xalqın başlatdığı kampaniyada imza sayının milyonlara çatdığına dair yazısına istinadən Mask "İngilis xalqı qəddar polis dövlətindən bezdi", - deyə qeyd edib.
Bundan əlavə, Mask həftə sonu “X”də İngiltərədə Starmerə ictimai dəstəyin azaldığını göstərən bir qrafik paylaşıb.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Noyabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















