Icma.az
close
up
RU
Seymur Baycan Anar haqda elə şeylər yazdı ki: “Bu cızmaqaraçı...”

Seymur Baycan Anar haqda elə şeylər yazdı ki: “Bu cızmaqaraçı...”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Ədəbiyyat qəzeti”ndə Anar Rzayevin geniş müsahibəsini oxudum. Əslində, müsahibə sözünün əvəzinə çərənləmək sözündən istifadə etməli idim, lakin Anar müəllimin yaşına hörmət qoyaraq çərənləmək sözündən istifadə etmədim. Bütün hallarda ağsaqqal adamdır, nə qədər çətin olsa da, gərək ədəb qaydalarından kənara çıxmayaq.

Tanımayan, bilməyən, xəbərsiz adam Anar Rzayevin müsahibəsini oxusa, onda belə bir təəssürat, belə bir təsəvvür yarana bilər ki, bu Anar Rzayev kimdirsə, yazıq ömür boyu əzab-əziyyət çəkib, ömrü sürgünlərdə çürüyüb, əsərləri nəşriyyatlardan geri qayıdıb, əsərləri ciddi senzuralara məruz qalıb…

Anar müəllim, soruşmaq ayıb olmasın, siz nədən və kimlərdən şikayət edirsiniz? Marqarita pizza

Rəsul Rza, Emin Sabitoğlu, Rasim Ocaqov, Ramiz Həsənoğlu və bu qəbildən olan bir batalyon adam yığışıb bütün imkanlarını səfərbər edərək bir cızmaqaraçıdan “yazıçı” düzəldiblər. Rəsul Rza, Emin Sabitoğlu, Rasim Ocaqov, Ramiz Həsənoğlu və bu qəbildən olan bir batalyon adam bütün imkanlarını səfərbər edərək bir cızmaqaraçıdan düzəltdikləri “yazıçını” xalqa, cəmiyyətə əsl yazıçı, əsl qələm adamı kimi soxuşdurublar. Bəli, məhz soxuşdurublar. Ona görə ki, sağlam rəqabət mühitində istedad cəhətdən əsgər çəkməsinə böyük hesabla uduzan Anar Rzayev uzaqbaşı, ən uzağı hansısa əyalət qəzetində müxbir işləyə bilərdi. İstedad cəhətdən əsgər çəkməsinə böyük hesabla uduzan Anar Rzayev inanın ki, hansısa əyalət qəzetində müxbir işinin öhdəsindən də çox çətinliklə gələrdi. Bəs görəsən, bu cızmaqaraçı niyə öz taleyindən narazıdır? Maraqlıdır, görəsən, o, həyatdan nə istəyirmiş ki, onu əldə edə bilməyib?

Anar Rzayev qələmə atasındanqalma bir market kimi baxıb. Çötkəni daima qarşısına qoyub hesab-dəftər aparıb: görəsən, nədən yazsam daha çox qazana bilərəm? Anarın qələmə, yaradıcılığa münasibəti tipik bir bazar alverçisinin öz piştaxtasına münasibətindən zərrə qədər də seçilməyib.

Adamın üstündə Allah var, gərək İmam üçün ağlayanda, Yezid üçün də ağlayasan. Anar müəllim arvad qeybətlərini, xırda məişət intriqalarını çox gözəl yazıb. Mən Azərbaycan ədəbiyyatını çox yaxşı oxumuşam, tam qətiyyətlə öz tərəfimdən bəyan edirəm ki, Azərbaycan ədəbiyyatında arvad qeybətlərini, xırda məişət intriqalarını Anar qədər heç kim elə gözəl, dəqiq, koloritlə yazmayıb. Bu isə sırf onun təbiətindən qaynaqlanır. Bu təbiət, kreslo xəstəliyi, kreslodan dörd əllə, dörd ayaqla yapışmaq, kreslodan ötəri ağlamaq-sızlamaq, yalvarmaq, göz yaşı tökmək Anar müəllimə müdrikləşməyə imkan vermədi və verə bilməzdi də.

87 yaş zarafat deyil. 87 yaş bir yox, iki yox, üç igidin ömrüdür. 87 yaşlı insan yerlə-göylə əlləşməlidir, ağır-ağır suallara cavablar axtarmalıdır. 87 yaşlı insanı günah hissi, vicdan əzabı amansızcasına qamçılamalıdır. 87 yaşlı insan bu və ya digər şəkildə etiraflar etməlidir. Günah hissi, ağır vicdan əzabı onu mərhəmətli, müdrik olmağa vadar etməlidir. 87 yaşlı insan kin-küdurəti, nifrəti ən azı ürəyindən qovub çıxarmağa cəhdlər etməlidir. Çünki 87 yaşlı insan məchulluğun, əbədi və əzəli suallara cavablar tapmağın astanasındadır. Amma 87 yaşlı Anar müəllim təndirdə çörək yapan kənd… Nəsə!

Əsgər çəkməsindən daha istedadsız olan Anar Rzayev hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları-zadı söhbətləri və “elitar qaqulik” ədaları, nazları, forsları ilə Cəmil Həsənli kimi kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünün odunu aldı. Necə aldısa, Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara quyunun dibindən baxırlar. Anarın hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları-zadı söhbətləri sovet dövründə kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünə başqa planetdən yazılmış reportajlar kimi görünürdü. Çünki onlar “finski mebelin”, “italyanski ayaqqabının”, fransız konyakının adını eşitmişdilər, amma üzün görməmişdilər. Tale onlara belə bir lütf bəxş etməmişdi.

Sovet hökuməti, az qala, yarım əsrdir dağılıb, az qala, yarım əsrdir sərhədlər açılıb, kim hara istəsə, gedə bilir, pulun varsa, hər cürə ətir, mebel, kostyum, ayaqqabı, konyak ala bilərsən, daha heç bir mal “altdan” satılmır, Allahın Sədərək bazarına getsən, ürəyin nə istəsə, tapa bilərsən, amma Anarın hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları söhbətləri Cəmil Həsənli kimi kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünə hələ də başqa planetdən yazılmış reportajlar kimi görünməkdədir. Elə adamlar var ki, lap Londonun göbəyində əlli il yaşasalar da, kətçilik, lümpenlik, pariyalıq onun canından çıxmır. Məhz buna görə də Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır və bu bütdən dəhşətli dərəcədə qorxurlar. Anar Rzayev hakimiyyətə hər cürə yaltaqlanır, müxalifəti hər cürə təhqir edir, Cəmil Həsənli isə onu dostum adlandırır. Bu xalis kətçi sevgisidir.

Mən təxminən buna oxşar vəziyyəti şəhər qızları ilə evlənən kətçi oğlanlarda görmüşəm. Qız oğlanın boynuna xalta keçirib ora-bura sürüyür, dolayır, bəzən mədəni formada, bəzən lap açıq formada təhqir edir, bu münasibət illərlə davam edir və oğlan bu münasibəti sevgi iztirabları, sevgi yolunda maneələr, sınaqlar, imtahanlar kimi qiymətləndirir. Ona elə gəlir ki, əsl ər-arvad münasibəti, əsl sevgi elə belə də olmalıdır.

Bəli, buna kətçi sevgisi deyirlər.

Seymur Baycan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Sentyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri