Icma.az
close
up
RU
Mask: Hollivudun aktyorları Harrisi dəstəkləməyə məcbur edilir

Mask: Hollivudun aktyorları Harrisi dəstəkləməyə məcbur edilir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İlon Mask bildirib ki, "Hollivud" aktyorları ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi açıq şəkildə dəstəkləmək üçün təzyiqlərlə üzləşiblər ki, bundan sonra çəkilişlərin və müqavilələrin bağlanmaması təhdidləri var.

Bizimyol.info xəbər verir ki, bu barədə Mask amerikalı teleaparıcı Co Roqana müsahibə verərkən deyib.

"Məşhurlara "Hollivud"da nüfuzlu birisi zəng edir və bu adam deyir: "Bilirsiniz, Kamala Harrisi dəstəkləsəniz, çox gözəl olardı, baxmayaraq ki, bu sizin öz işinizdir. Ancaq bunu etməsəniz, bu barədə sizə heç nə deməsələr də, bir daha heç vaxt tədbirlərə çağırılmayacaqsınız, filmlər və konsertlər olmayacaq" hədələri edirlər", - deyə Mask bildirib.

Sahibkar əlavə edib ki, "Hollivud" aktyorlarına zəng edənlər birbaşa təhdid etməyə çalışmırlar, əksinə, çox səmimi və mehriban danışmağa çalışırlar. "Təhdidlərə ehtiyac yoxdur. Bütün aktyorlar hər şeyi mükəmməl başa düşürlər", - deyə Mask qeyd edib.

Noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Onlar prezidenti, Senatın üçdə birini və Konqresin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər. Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə bu vəzifəni icra edib. O, 2020-ci il prezident seçkilərində Demokrat Co Baydenə uduzub və indi Ağ Evə qayıtmağa çalışır. Harris isə 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışır.

"Hollivud"dan hələ Maskın sözlərinə cavab gəlməyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri