Mask “Tesla”ya hücumları psixi xəstəliklərin təzahürü adlandırıb
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, o, "NBC News"a müsahibəsində bildirib.
“Bildiyiniz kimi, “Tesla” dünyada tanınan xeyirxah bir şirkətdir. Biz heç vaxt zərərli iş görməmişik, şəxsən mən də heç vaxt kiməsə zərər verəcəkbir iş görməmişəm. Biz sadəcə məhsul istehsal edirik. Düşünürəm ki, biz sadəcə olaraq anormal bir şeylə, psixi pozğunluğun təzahürü ilə qarşılaşmışıq, çünki buna başqa heç bir məna vermək olmur”, - deyə o qeyd edib.
Mask əlavə edib ki, özünü “mərhəmət və qayğıkeş” partiyası kimi göstərən ABŞ-dakı Demokratik Partiyasının tərəfdarlarından gələn “nifrət və zorakılıq” səviyyəsindən şoka düşüb.
"NBC News" xəbər verbi ki, martın 9-da Mask ABŞ Hökumətinin Səmərəlilik Departamentinə (DOGE) rəhbərlik edəndən sonra “Tesla” obyektləri “hücum dalğası” ilə üzləşib. Telekanalın məlumatına görə, son həftələr ərzində şirkətin avtomobillərinə, dilerlərə və enerji doldurma məntəqələrinə qarşı ən azı 10 vandalizm aktı törədilib.
ABŞ prezidenti Donald Tramp daha sonra bildirib ki, “Tesla” avtomobillərini, dilerləri və enerji doldurma məntəqələrini hədəf alan vandalları terrorçu hesab edir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 19 Mart 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















