Kanada hökumətindən “Tesla”ya zərbə
Icma.az, Ayna saytına istinadən bildirir.
Şirkət avtomobillərinin alışında endirimlər nəzərdə tutan federal proqramdan çıxarılıb
Kanada hakimiyyəti “Tesla”nın elektrik avtomobillərini elektrik avtomobillərinin alışında endirimlər nəzərdə tutan federal proqramdan çıxarıb. AYNA.AZ xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Bildirilib ki, bu qərarı ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Kristiya Friland ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən Kanada mallarına tətbiq edilən rüsumlarla bağlı qəbul edib.
Nazir bildirib ki, “Tesla” ABŞ-ın qeyri-qanuni tarifləri qüvvədə olduğu müddətcə proqramdan kənarlaşda qalacaq.
Qeyd edək ki, 2022-ci ildə Kanadanın o vaxtkı Baş naziri Castin Trüde federal hökumətin insanları elektrik avtomobilləri almağa və enerji doldurma infrastrukturuna sərmayə qoymağa təşviq edəcəyini söyləmişdi. Bu məqsədlər üçün Ottava 2,9 milyard Kanada dolları (o vaxt 2,31 milyard dollar) ayırmaq niyyətində idi. Trüde həmçinin bildirmişdi ki, 2035-ci ilə qədər Kanadada yalnız elektrik avtomobilləri və ya hibridləri almaq mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 26 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















