Icma.az
close
up
RU
Mask Trampa meydan oxuyur Kriz dərinləşir!

Mask Trampa meydan oxuyur Kriz dərinləşir!

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və texnologiya milyarderi Elon Mask arasında gərginlik daha da dərinləşir.  Elon Maskın sosial media platforması X-də (keçmiş Twitter) yaydığı açıqlamalar vəziyyəti daha da alovlandırıb.

Yenisabah.az xəbər verir ki, Mask paylaşımında Trampın Jeffrey Epstein-ə aid sənədlərdə adının keçdiyini iddia edib. O bildirib ki, bu sənədlərin tam şəkildə ictimaiyyətə təqdim olunmamasının səbəbi məhz Trampın adının orada yer almasıdır. “Həqiqətən böyük bombanı atmağın vaxtı gəldi: Donald Tramp Epstein sənədlərindədir. Bu sənədlərin açıqlanmamasının əsl səbəbi budur. Yaxşı günlər, DJT!” – deyə Mask yazıb.

Mask paylaşımına 1992-ci ildə Tramp və Epstein-in birlikdə iştirak etdiyi bir partidən görüntülər də əlavə edib. Bu video uzun illərdir müzakirə olunan və Tramp ilə Epstein arasındakı əlaqələrə dair iddiaları yenidən gündəmə gətirib.

Gərginlik Trampın Mask-ın dəstəklədiyi vergi qanun layihəsinə qarşı çıxmasından sonra daha da artıb. Tramp bu münasibəti “nankorluq” adlandıraraq Mask-la olan münasibətlərin artıq əvvəlki kimi olmayacağını deyib. Mask isə bu qanun layihəsinin ona əvvəlcədən göstərilmədiyini və tələsik şəkildə qəbul edildiyini bildirib.

Bundan əlavə, Mask, Trampın impiçment olunması və yerinə senator JD Vance-in keçməsi təklifinə də açıq şəkildə “bəli” deyib.

Qeyd edək ki, Trampın Epstein ilə əlaqələrinə dair iddialar ilk dəfə deyil. Əvvəllər də Trampın Epstein-in “qara kitabı”nda adının yer aldığı məlum olmuşdu. Lakin bu günə qədər onun barəsində rəsmi hüquqi ittiham irəli sürülməyib.

Elon Mask-ın son açıqlamaları Epstein sənədlərinə olan ictimai marağı yenidən artırıb və həmin sənədlərin tam şəffaf şəkildə açıqlanması ilə bağlı çağırışları gücləndirib.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri