Maskeranonun cavabı Messinin 2026 Dünya Çempionatı ümidlərini artırdı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin 2026 Dünya Çempionatında oynayıb-oynamayacağı ilə bağlı suala qısa, lakin diqqətçəkən cavab verib.
İdman.Biz xəbər verir ki, komandanın Cənubi Amerika turu çərçivəsində Kolumbiyada keçirdiyi mövsümlərarası oyundan sonra Maskeranoya Messinin ABŞ, Meksika və Kanadada təşkil olunacaq Dünya Çempionatında iştirakı barədə sual ünvanlanıb.
Baş məşqçi tərəddüd etmədən, “bəli, niyə də olmasın”, - deyə cavab verib.
Maskerano bildirib ki, oyunçuların fiziki vəziyyəti əsas meyardır və mövsüm ərzində yüklənmənin düzgün idarə olunması vacibdir:
“Mən futbolçulara yaxın olmağı və hər şeydən əvvəl onların özlərini necə hiss etdiklərini anlamağı sevirəm. Bədənlərinin mövcud qrafikə necə reaksiya verdiyini ən yaxşı elə özləri bilirlər. Argentina Dünya Çempionatına mümkün olan ən yaxşı formada yanaşacaq. Komanda uzun müddətdir çox yüksək səviyyədə çıxış edir və heyətində möhtəşəm futbolçular var”.
Qeyd edək ki, Lionel Messinin Argentina millisinin baş məşqçi Lionel Skaloni tərəfindən yekun heyətə salınacağı ilə bağlı hələlik rəsmi qərar açıqlanmayıb. Bu məsələ turnirin başlanmasına az qalmışa qədər açıq qala bilər.
Əgər Messi 2026 Dünya Çempionatında iştirak etsə, tarixə düşəcək. O, Kriştianu Ronaldu və Meksika millisinin qapıçısı Gilyermo Oçoa ilə birlikdə altı Dünya Çempionatında çıxış edən nadir futbolçulardan biri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 03 Fevral 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















