Klublararası dünya çempionatı: Messinin sabiq klubu hazırkı komandasını darmadağın etdi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Klublararası dünya çempionatında 1/8 mərhələnin görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, ABŞ-də keçirilən turnirin pley-off mərhələsində PSJ "İnter Mayami" ilə üz-üzə gəlib.
Oyun sanki UEFA Çempionlar Liqasının bumövsümkü finalını xatırladıb. Lakin bu dəfə Paris klubunun qurbanı İtaliyanın deyil, ABŞ-nin "İnter"i olub. O zaman italyanları 5 cavabsız qolla məğlub edən fransızlar, indi Mayami təmsilçisindən 4:0 hesabı ilə üstün olublar.
Beləliklə də, Luis Enrikenin yetirmələri "Palmeyras" və "Çelsi"dən sonra Klublararası dünya çempionatın 1/4 finalına vəsiqə qazanan üçüncü klub olub.
Qeyd edək ki, hazırda "İnter Mayami"də çıxış edən futbol ulduzu Lionel Messi sabiq komandasına qarşı oyunda heç nə ilə yadda qalmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 İyun 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















