Icma.az
close
up
RU
Maskın başı yenə dərddə ABŞ SECdən yeni ittiham

Maskın başı yenə dərddə ABŞ SECdən yeni ittiham

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası iddia edir ki, milyarder 2022-ci ildə sosial şəbəkənin satın alınması üçün müqavilə hazırladığı müddətdə şirkətdəki artan payı ilə bağlı məlumatı vaxtında açıqlamayıb.  

Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, SEC Maskın səhmlərlə əlaqədar ədalətsiz əldə etdiyi gəliri geri qaytarmaq və mülki cərimə ödəməsi üçün məhkəməyə müraciət edib.  

2022-ci ilin martına qədər Maskın şirkətdəki payı 9%-ə çatmışdı. Buna görə də, o, sazişdən 10 gün sonra məlumatı açıqlamalı idi. Lakin Mask bu barədə hesabatı 11 gün sonra təqdim edib. Bundan sonra Twitter-in səhmləri 27% bahalaşıb.  

İddiada bildirilir ki, Mask bir neçə dəfə şirkətdəki payı 5%-dən çox olduqdan sonra açıqlama ilə bağlı tövsiyələrə məhəl qoymayıb. SEC-in fikrincə, bu, Maskın "məhsuldar qiymətlərdən aşağı səviyyədə" səhmləri xəbəri olmayan investorlar tərəfindən almasına şərait yaradıb.  

Maskın vəkili SEC-in iddiasını "əsaslı ittiham irəli sürə bilmədiyinin etirafı" adlandırıb. Onun sözlərinə görə, analoji hallarda tənzimləyici adətən 100 min ABŞ dolları və ya daha aşağı məbləğdə "məqbul" cərimələrə nail olur.  

SEC Maskın 2022-ci ildə sosial şəbəkədəki payı ilə bağlı araşdırmaya başlayıb. Mask Twitter-i 44 milyard dollara aldıqdan sonra, 2023-cü ilin oktyabrında komissiya məhkəməyə müraciət edərək, ona ifadə vermək məcburiyyəti tətbiq edib. Milyarder daha əvvəl iki dəfə — 2022-ci ilin iyulunda ifadə verdiyini əsas gətirərək, 2024-cü ilin fevralında bu tələbə cavab verməkdən imtina etmişdi.  

Bu, SEC-in Maskla bağlı ilk tələbi deyil. Məsələn, 2018-ci ildə komissiya milyarderi dələduzluqda ittiham edib və Tesla-nın idarəçiliyindən kənarlaşdırılmasını xahiş edib. O zaman Mask şirkətin özəlləşdiriləcəyini və hər səhmlə bağlı 420 dollar təklif etməyə hazır olduğunu bəyan etmiş, maliyyənin "təmin edildiyini" bildirmişdi.  

2019-cu ildə SEC Maskla razılaşaraq, onun Tesla ilə bağlı planları yalnız hüquqşünasın təsdiqindən sonra Twitter-də paylaşa biləcəyini təmin etmişdi. Lakin 2022-ci ildə Mask bu razılaşmanın təzyiq altında imzalandığını bildirmiş və məhkəməyə müraciət edərək, onu ləğv etməyi xahiş etmişdi.  

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri