Icma.az
close
up
RU
Maskın davam edən şousu müxalif partiya yaratmaq cəhdi ŞƏRH

Maskın davam edən şousu müxalif partiya yaratmaq cəhdi ŞƏRH

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın özünün yaxın adamı, dünyanın ən varlı insanı İlon Maskı altı ay sonra Ağ Evdən uzaqlaşdırmasından sonra milyarderin yeni partiya yaratması barədə bəyanatı bir sıra sualların yaranmasına səbəb olub: Donald Trampla Maskın yolları niyə ayrıldı? İlon Mask bir layihə idimi? ABŞ-də yeni müxalifətin yaradılmasına cəhd göstərilir? Bu istefada Maskın Rusiyaya münasibətinin rolu varmı?

Bir çoxları İlon Maskın bir layihə olduğunu düşünür. Yəni "yarım trilyon pulu olan şəxsin yeni ideyaları ola bilər və onu hakimiyyətin nüfuzu, dövlətin güclənməsi üçün sərf etmək mümkündür" düşüncəsi də özünü doğrultmadı.

Tramp Maskın irəli sürdüyü ideyaları dəstəkləsə də, bir müddət sonra onun təkliflərindən də imtina edib. İlon bildirib ki, dövlət qulluqçusu kimi onun işi "sona çatır" və o, Ağ Ev rəhbərinə "səmərəsiz xərcləri azaltmaq imkanı" ideyasını reallaşdırmağa şərait yaratdığı üçün təşəkkür edib.

İlon Maskın istefasının şərtləri hələ ki tam aydın olmasa da, o, seçki kampaniyası zamanı Trampın vəd etdiyi əhəmiyyətli vergi güzəştlərini nəzərdə tutan qanun layihəsini tənqid etdikdən bir gün sonra vəzifədən gedib. Belə çıxır sənəd DOGE-nin işini zəiflədəcək.

Mütəxəssislər hesab edirlər ki, Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Miller də daxil olmaqla, bəzi yüksək vəzifəli məmurlar Maskın şərhlərinə qıcıqlanırdılar. Bəziləri isə sahibkarın istefasını reytinqinin düşməsi ilə əlaqələndirir.

DOGE-nin başçısı kimi atdığı addımlar, o cümlədən dövlət qulluqçularının kütləvi işdən çıxarılması çox tənqidə səbəb olub. ABŞ və bütün dünyada onun fəaliyyətinə görə "Tesla"ya qarşı genişmiqyaslı etirazlar keçirilib. DOGE federal qulluqçuların 2,3 milyonundan təxminən 12 faiz və ya 260 min nəfəri əsasən işdən çıxarılma təhdidləri, satınalmalar və erkən təqaüdə çıxma təklifləri hesabına azaldıb.

Bildirilib ki, Maskın dövlət katibi Marko Rubio, nəqliyyat naziri Şon Daffi və maliyyə naziri Skott Bessent ilə münaqişələri də olub. Belə ehtimal olunur ki, onun vəzifədən getmə səbəblərindən biri də budur.

Mask büdcə kəsirinin azaldılması ilə bağlı elan olunmuş siyasətdən imtina etdiyinə görə Respublikaçılar Partiyasının üzvlərini və prezidenti tənqid edib. Tramp isə buna cavab olaraq bildirib ki, "büdcəni azaltmağın ən sadə yolu" dövlət subsidiyalarını və Maskın şirkətləri ilə bağlanmış müqavilələri dayandırmaqdır: "Mən həmişə təəccüblənirdim ki, Bayden bunu niyə etməyib".

Ona cavab olaraq İ.Mask bildirib ki, onun "SpaceX" şirkəti astronavtları Beynəlxalq Kosmik Stansiyaya daşıyan "Dragon" kosmik gəmi layihəsini dayandıracaq.

Yeri gəlmişkən, o, 2022-ci ilin oktyabrında sosial şəbəkədəki səhifəsində Moskva və Kiyev üçün "sülh planı" dərc etmişdi. Rusiyanın nəzarət etdiyi Ukrayna ərazilərində BMT-nin nəzarəti altında referendumlar keçirməyi və Krımı RF-nin tərkibində saxlamağı təklif edirdi. O bildirmişdi ki, yarımadanın Ukraynaya verilməsi "Xruşşovun səhvi" idi.

"Sülh planı"nın dərc edilməsindən qısa müddət sonra Mask Pentaqona məlumat vermişdi ki, artıq Ukrayna üçün "Starlink"i maliyyələşdirə bilməyəcək.

Keçmiş dövlət katibi Reks Tillersonun da bu postda fəaliyyətinin uzun sürməməsi səbəblərindən biri Rusiyaya meyillilik sayılırdı.

Mask "Tesla" səhmlərinin düşməsi fonunda şirkətin idarə edilməsinə diqqət yetirəcəyini və gələcəkdə siyasətə "daha az" vaxt sərf edəcəyini deyib, çünki onun fikrincə, artıq kifayət qədər iş görüb. Mask 2008-ci ildən bəri "Tesla"nın baş direktoru və 13 faiz payla ən böyük səhmdardır.

Belə çıxır Mask bir neçə səbəbdən istefa verib. Hər bir halda bu müddət ərzində milyarder dövlətin idarə olunması, onun təhlükəsizlik məsələləri ilə də tanış ola bilib. Bu baxımdan, indi o, özünü başqa bir sahədə də sınaqdan keçirə bilər.

Mask müxalifətə keçir, yaxud ABŞ-də br-birini əvəz edən iki partiyaya – Demokratlar və Respublikaçılara alternativ yaradılır. Başqa sözlə, Mask üçüncü partiya yaratmaq istəyir. O, bununla da ştatlardakı iki partiyanın ənənəvi hakimiyyət yarışına üçüncünü qatmaq istəyir. Bu da o biri cəhdlər kimi layihə ola bilər. Ancaq istisna edilmir ki, ştatlarda siyasi partiyaların hakimiyyətə gəlişi üsulu artıq köhnəlib.

Ola bilsin ki, İlon Mask ABŞ-də yeni siyasi partiya yaratmaq istəyini öz ideyalarını reallaşdırmaq məqsədi ilə elan edib. "The Hill" bildirib ki, iyunun 5-də Mask "X" səhifəsində istifadəçilərindən "ölkəyə yeni partiyanın lazım olub-olmadığını" soruşub. Onların 80 faizi ABŞ-də yeni partiyaya ehtiyac olduğunu bildiriblər. Məlumata görə, Mask syasi təşkilatına "Amerika Partyası" adını verib. Ancaq onun bu ideyanı reallaşdıracağına şübhə edənlər də az deyil. ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Cimmi Patronis Maskın bəyanatını şərhində "iki nəfərin tezliklə (Trampla Maskı nəzərdə tutur-red.) yenidən bir yerdə gəzəcəyini" ehtimal etdiyini bildirib.

"Guardian" isə bildirib ki, Tramp və Mask sülh sazişi bağlaya bilməsələr, bir-birinə ciddi zərər verə bilərlər.

Trampın keçmiş müşaviri və İlon Maskın tənqidçisi Stiv Bennon isə milyarderi "qanunsuz miqrant" adlandıraraq onu deportasiya etməyə çağırıb. O, həmçinin Maskın narkotik istifadəsinin araşdırılmasını tələb, "SpaceX" şirkətinin müsadirə olunmasını təklif edib.

Mask hadisəsi Birləşmiş Ştatların ənənəvi siyasi sisteminin, maşınının yenilənməyə ehtiyacı olduğunun göstəricisi sayıla bilər. Ancaq konservativ ABŞ elitası buna şərait yaradacaqmı?!

ABŞ-də növbəti prezident seçkisi 2028-ci ildə keçiriləcək. Odur ki, bu siyasi kampaniyada yeni partiya, yeni siyasi fiqur namizədliyini irəli sürə bilər. Maskın indiki Prezident Trampa, yaxud dövlət katibi Mark Rubioya alternativ olması da mümkündür. Bu baxımdan, ehtimal etmək olar ki, milyarder İlonun ulduzu hələ sönməyib. Ştatlar həm də siyasi tamaşalar ölkəsidir. Odur ki, İlon Mask şousu davam edir...

Report İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 İyun 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see132

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see129

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see129

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see128

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see127

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see125

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see124

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see122

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see122

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see121

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see121

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see120

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see118

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see118

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri