Icma.az
close
up
RU
“Maskın dediyi cəfəngiyyatdır” Ekspert

“Maskın dediyi cəfəngiyyatdır” Ekspert

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

- Onsuz da süni intellekt artıq bir çox sahədə insanı üstələyir. Lakin insan intellekti yalnız hesablama qabiliyyəti deyil. İnsan intellektində yaradıcılıq, sosial intuisiya, emosional zəka və fiziki dünya ilə qarşılıqlı əlaqə kimi önəmli şeylər var. Ona görə də ümumi mənada bu ifadəni təsdiqləmək hələ mümkün deyil,- ekspert qeyd edib.
İlon Maskın yaxın 10 ildə insanların Sİ üzərində tam nəzarəti saxlamaq ehtimalının aşağı olması fikrini şərh edən Əmirov deyib ki, bu, başqalarının yanaşmasının təkrarıdır: “Artıq 1 ilə yaxındır ki, OECD, DB və BMT Aİ-nin sürətli inkişafı idarəetmə və tənzimləmə riskləri yaratdığını, mövcud hüquqi mexanizmlərin isə bu inkişaf tempindən geri qaldığını öz hesabatlarında yazırlar”.
İlon Mask son müsahibəsində deyib ki, 5 il ərzində süni intellekt bütün insanların ümumi intellektini üstələyəcək. İqtisadçı-ekspert Eldəniz Əmirovun fkrincə, "bütün insanların ümumi intellekti" anlayışının elmi ölçüsü yoxdur.

Maskın əsas müzakirə doğuran fikri isə odur ki, 2036-cı ildə robotlar bolluq yaradacaq və pul əhəmiyyətini böyük ölçüdə itirəcək.
- Bu fikir kökündən cəfəngiyyatdır. Robotlar məhsuldarlığı ciddi şəkildə artıra bilər. Amma məgər pul təkcə istehsalın nəticəsidir ki?! Əlbəttə, yox. Pul resursların bölüşdürülməsidir. Pul mülkiyyət hüquqlarıdır. Pul torpaq və enerji kimi məhdud resursların qiymətləndirilməsi alətidir. Pul xidmətlərin mübadiləsi üçün lazımdır və s. Odur ki bu gün dünyada mövcud olan reallıqlar qarşısında pulun əhəmiyyətini itirməsi heç yaxın 100 ildə mümkün deyil. Bunun üçün planetdə başqa şərtlər bərqərar olmalıdır,- Eldəniz Əmirov vurğulayıb.
Onun fikrincə, Mask bunları bilir, sadəcə, bu cür proqnozlarla insanların gələcəklə bağlı gözləntilərinə təsir göstərməyə çalışır və bu yanaşma dolayısı ilə onun uzunmüddətli biznes maraqlarına da xidmət edir. Maskın ən böyük üstünlüyü super texnologiya yaratması yox, davranış iqtisadiyyatını və insan psixologiyasını çox yaxşı bilməsidir. Onun topladığı sərvətdə bu bacarıq texnoloji bacarığından qat-qat artıq fayda verib.
- Ümumiyyətlə, bu gün dünyada böyük sərvət qazanmaq üçün iqtisadiyyatı yaxşı bilmək artıq vacib deyil. Vacib olan insanların nəyə inanacağını, hansı xəbərin diqqət çəkəcəyini və hansı fikrin kütləni hərəkətə gətirəcəyini daha yaxşı bilməkdir,- deyə ekspert fikirlərini yekunlaşdırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri