Maskın siyasi komitəsi Trampı dəstəkləmək üçün 200 milyon dollar xərcləyib AP
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“SpaceX”in qurucusu İlon Maskın siyasi komitəsi “America PAC” prezidentlik kampaniyası zamanı Respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün təxminən 200 milyon dollar xərcləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Associated Press” (AP) məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, bu, ABŞ-də milyarderlərin seçkilərə necə təsir edə biləcəyinə dair yeni standart müəyyən edir.
Agentliyin adının açıqlanmasını istəməyən həmsöhbəti qeyd edib ki, “Tesla” və “SpaceX” rəhbəri bütün vəsaitlərin böyük əksəriyyətini “America PAC”a verib, lakin məbləği dəqiqləşdirməyib.
Mənbə vurğulayıb ki, pullar əsasən nadir hallarda səs verən vətəndaşları və ilk dəfə seçkilərdə iştirak edən seçiciləri cəlb etmək üçün ayrılıb.
Agentlik bildirib ki, Tramp prezidentlik yarışı zamanı Maskın köməyini yüksək qiymətləndirib. Agentlik həmçinin Maskın ABŞ-nin yeni seçilmiş prezidentinin administrasiyasında əsas rol oynayacağını bildirib.
Bu mövzuda digər xəbərlər:Maskın siyasi komitəsi Trampın seçki kampaniyasına 200 milyon dollar xərcləyib AP
12 Noyabr 2024 12:21
Oktyabr ayında Maskın Trampı dəstəkləmək üçün nə qədər pul xərclədiyi məlum olub
15 Noyabr 2024 10:10
Mask Tramp üçün 200 milyon dollar xərcləyib
12 Noyabr 2024 11:27
Maskın Trampın prezident seçilməsi üçün təxminən 200 milyon dollar xərclədiyib İddia
12 Noyabr 2024 11:57
Trampı dəstəkləyən Maskın sərvəti 26,5 milyard dollar artdı
07 Noyabr 2024 11:45
Baxış sayı:127
Bu xəbər 12 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















