Trampı dəstəkləyən Maskın sərvəti 26,5 milyard dollar artdı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
ABŞ prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampı açıq şəkildə dəstəkləyən amerikalı milyarder İlon Maskın sərvəti onun “Tesla” şirkətinin səhmlərinin təxminən 15% bahalaşmasından sonra 26,5 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bunu “Bloomberg Milyarderlər İndeksi”nin (“Bloomberg Billionaires Index”) məlumatları sübut edir.
Məlumatlara görə, Maskın ümumi sərvəti 290 milyard dollara çatıb. Bu nəticə ilə “SpaceX”in yaradıcısı reytinqdə birinci yeri tutmaqda davam edir. İkinci yerdə sərvəti 228 milyard dollar qiymətləndirilən Amerika onlayn pərakəndə satış şirkəti "Amazon"un yaradıcısı Ceff Bezos dayanır. Üçüncü yerdə isə 202 milyard dollarlıq göstərici ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.
Qeyd edək ki, Mask 2024-cü ilin iyul ayından Trampın fəal tərəfdarıdır. Yeni prezident sahibkarı saxtakarlıq və səmərəsizliyin aradan qaldırılması üçün audit və islahatlar aparacaq Hökumətin Səmərəliliyi Komissiyasına rəhbərlik etməyə dəvət etməyi planlaşdırır.
Mask da bu təklifi qəbul etməyə hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:Maskın sərvəti 26,5 milyard dollar artdı
07 Noyabr 2024 10:47
Maskın sərvəti 26,5 milyard dollar artıb
07 Noyabr 2024 17:13
İlon Maskın sərvəti 26,5 milyard dollar artdı “Bloomberg”
07 Noyabr 2024 11:48
İlon Maskın sərvəti 26,5 milyard dollar artıb
07 Noyabr 2024 10:40
Bir gündə sərvəti 26,5 milyard dollar artdı
07 Noyabr 2024 10:38
Baxış sayı:95
Bu xəbər 07 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















