Maskın xAI investisiya raundu gözləntiləri üstələyir
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Maskın "xAI" investisiya raundu gözləntiləri üstələyir.
Banco.az xəbər verir ki, məsələyə yaxın mənbələrin məlumatına görə, İlon Maskın süni intellekt şirkəti “xAI” “Nvidia” şirkəti başda olmaqla bir neçə investorun iştirak etdiyi maliyyələşdirmə turunun həcmini 20 milyard dollara qədər artırır.
Maliyyə paketi xüsusi investisiya vasitəsi (SPV) üzərindən həyata keçirilir. Bu SPV “Nvidia” prosessorlarını satın alacaq, “xAI” isə həmin çipləri beş illik müddətə icarəyə götürəcək. Beləliklə, investorlar birbaşa şirkətə deyil, aktivlərə əsaslanan gəlir əldə etmiş olacaqlar.
Mənbələr bildirir ki, “Nvidia” sövdələşmənin kapital hissəsinə 2 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır. Süni intellekt sektorunda son aylarda böyük miqyaslı investisiyaların artdığı müşahidə olunur.
Qeyd edək ki, “OpenAI” yaxın zamanda AMD çiplərindən istifadə etmək üçün razılaşma imzalayıb. “Meta” son aylarda məlumat mərkəzləri üçün 29 milyard dollarlıq maliyyə paketi hazırlayıb, “Oracle” isə infrastruktur yatırımları üçün 38 milyard dollarlıq borclanma həyata keçirib.
Ekspertlərin fikrincə, məlumat mərkəzlərinin gücü ən inkişaf etmiş süni intellekt modellərinin hazırlanması üçün həlledici əhəmiyyətə malikdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 08 Oktyabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















