Maştağada tullantı su təchizatı qurulacaq Sakinin şikayətinə QURUMDAN CAVAB
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Bakı şəhəri, Maştağa qəsəbəsində tullantı su təchizatı qurulacaq.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramına əsasən bir sıra genişmiqyaslı layihələr icra olunur.
"Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması və subasma hallarının qarşısının alınması məqsədilə tikinti quruculuq işləri aparılır. Maştağa qəsəbəsində də tullantı su təchizatının qurulması mərhələli şəkildə həyata keçiriləcək".
Xatırladaq ki, Maştağa qəsəbəsi sakinləri ötən gün yağan aramsız yağışdan sonra küçəni su basmasından şikayətçi olublar. Onlar maşınsız yolda hərəkətin çətin olduğunu söyləyiblər. Həmçinin qeyd ediblər ki, problem bununla yekunlaşmır, içdikləri suda laborator analiz zamanı bağırsaq çöpü bakteriyası aşkar olunub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, şikayətçi olan şəxs İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin abonenti deyil və onun su təchizatı xidmət tərəfindən həyata keçirilmir. Vətəndaş öz qazdığı şəxsi su quyusundan istifadə edir. Həmin suyun tərkibinə xidmət cavabdehlik daşımır.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















