Icma.az
close
up
RU
Nazirlikdən yazıçı Anarın şikayətinə CAVAB

Nazirlikdən yazıçı Anarın şikayətinə CAVAB

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev 2013-cü ildə “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi, 2022-ci ildə isə Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

 Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar bildirib ki, təmir işləri ailəsinin hesabına həyata keçirilir: “Bir də mənim deputat pensiyam var, onun hesabına atamın ev-muzeyini təmir etdirirəm”.

Xalq yazıçısı Rəsul Rzanın ev-muzeyi yaradılması məsələsinə laqeyd yanaşılmasından şikayətlənib: “Mən bu məsələlərə qarışmaq istəmirəm, danışacam sonra hərə bir yerdən danışacaq. Ona görə də heç bir şey demək istəmirəm. Özü də bu laqeydlik təkcə Rəsul Rzanın ev-muzeyi ilə bağlı deyil. Cəfər Cabbarlının da ev-muzeyi hazırda yox kimidir, halbuki bir neçə il əvvəl yubileyi idi”.

Qeyd edək ki, Xalq şairi Rəsul Rzanın Bakı şəhərində xatirəsinin əbədiləşdirilməsi, onun həyat və yaradıcılığı haqqında gələcək nəsillərə daha dolğun məlumat çatdırılması məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 iyun tarixli Sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyi yaradılılıb.

Modern.az mövzu ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən Sərəncamın icrasının təmin olunması məqsədilə Mədəniyyət Nazirliyinin 1 avqust 2022-ci il tarixli 229-f nömrəli əmr imzalanıb.

“Azərbaycanın Xalq şairi Rəsul Rzanın və həyat yoldaşı Xalq şairəsi Nigar Rəfibəylinin Bakı şəhərində yaşadığı evdə yaradılan muzeydə nümayiş olunacaq əşyaların yoxlanılması və siyahısının hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq işlər aparılıb, mənzildə mövcud olan ümumilikdə 5113 (beş min yüz on üç) əşya, o cümlədən mebellər, rəsm əsərləri, heykəllər, kitablar, şəxsi sənədlər, fotolar və əlyazmalar siyahıya alınıb.

Mədəniyyət Nazirliyinin 8 avqust 2023-cü il tarixli, 3-24/3-1-f-181/2023 nömrəli əmrinə əsasən Rəsul Rzanın ev muzeyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin balansına verilib. Muzeyin təsdiq olunan ştat cədvəlinə əsasən direktor, baş fond mühafizi, kiçik elmi işçi, bələdçi, muzey baxıcısı və xadimə olmaqla ümumilikdə 5.5 ştat vahidi ayrılmışdır. Muzeyin direktoru vəzifəsinə Rzayeva Fidan Adil qızı təyin olunub.

Hal-hazırda muzeydə ailə tərəfindən təmir işləri aparılır. Təmir işləri bitdikdən sonra nazirlik tərəfindən muzeyin ekspozisiyasının qurulması nəzərdə tutulur”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri