Icma.az
close
up
RU
Mastercard Azərbaycan COP29öncəsi Dayanıqlı Kartlar proqramının qlobal icrasını sürətləndirir

Mastercard Azərbaycan COP29öncəsi Dayanıqlı Kartlar proqramının qlobal icrasını sürətləndirir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpaolunan enerji sahəsinə investisiyalar və dayanıqlı nəqliyyat üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlarda mühüm addımlar atır, eyni zamanda iqtisadi şaxələnmə və ətraf mühitin qorunmasını təşviq edir.

BMT İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində bu cür təşəbbüslərdən biri 11 noyabr 2024-cü il tarixində Bakıda keçirilib. Təşəbbüs çərçivəsində Azərbaycan şirkətləri ətraf mühitin dayanıqlılığı ilə bağlı təcrübə və təşəbbüsləri inkişaf etdirmək istiqamətindəki öhdəliklərini nümayiş etdiriblər.

Ödəniş şəbəkəsi sahəsində ilk belə addım "Mastercard" tərəfindən 2023-cü ildə öz şəbəkəsindəki ödəniş kartların istehsalında ilkin istifadə edilən PVC plastiklərinin çıxarılacağını bəyan etməsi ilə atılıb. 2028-ci ilə qədər şəbəkədə istehsal olunan bütün yeni ödəniş kartları təkrar emal edilmiş və ya bioloji mənşəli plastiklərdən, məsələn rPVC, rPET və ya PLA1-dən hazırlanacaq və sertifikatlaşdırma proqramı vasitəsilə təsdiq ediləcək.

Azərbaycanda yerli banklar bu məqsədə daha sürətlə nail olmaq üçün dəstəklənir və 2026-cı ilə qədər "Mastercard" ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən PVC plastiklərdən imtina etmək üzrə öhdələrik götürüblər. Artıq bir neçə bank, o cümlədən "PAŞA Bank", "Kapital Bank", "ABB Bank", ATB, "Yelobank", "Rabitəbank" və "Xalq Bank" bu təşəbbüsü dəstəkləyəcəyini bəyan edib. Onların iştirakı maliyyə sektorunda ətraf mühitin davamlılığı ilə bağlı təcrübələrin təşviqində vahid yanaşmanı göstərir.

"Mastercard" olaraq Azərbaycanda davamlı kart proqramımızı sürətləndirməkdən qürur duyuruq. Bu, ölkənin dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, maliyyə sektorunda plastik tullantıların azaldılması və ətraf mühitin dayanıqlılığının dəstəklənməsi istiqamətində öhdəliyimizi nümayiş etdirir," - deyə "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bildirib.

"Mastercard"ın "Dayanıqlı Kartlar" proqramı şirkətin dayanıqlılığı öz fəaliyyətinin əsas elementi kimi inkişaf etdirmək məqsədinin bir hissəsidir. Bu proqram, həm şirkətin karbon və ekoloji izini azaltmağa, həm də tərəfdaşlara və istehlakçılara bu istiqamətdə addımlar atmaq imkanı yaratmağa yönəlib.

"Mastercard" eyni zamanda, 2040-cı ilə qədər sıfır karbon emissiyası hədəfinə nail olmağa və "Priceless Planet Coalition" kimi yeni təşəbbüsləri həyata keçirməyə sadiqliyini bəyan edir. Bu təşəbbüs çərçivəsində 100 milyon ağacın bərpasının maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, "Mastercard"ın "Karbon Kalkulyatoru" kart sahiblərinin xərclərinə əsaslanan təxmini karbon izini öyrənməyi təmin edir. Dayanıqlı İnnovasiya Laboratoriyası isə həm rəqəmsal məhsullar üçün mərkəz, həm də tərəfdaşlarla gələcək həllərin birgə yaradılması üçün platforma rolunu oynayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri