Matç zamanı 44 yaşlı baş məşqçi dünyasını dəyişdi Serbiya çempionatında
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kraqoyevaçın “Radniçki” klubunun baş məşqçisi Mladen Jijoviç Serbiya çempionatı matçı zamanı ürək tutmasından vəfat edib.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Serbiya çempionatının 14-cü turunda səfərdə “Mladost Luçani”yə qarşı keçirilən oyunun birinci hissəsinin ortalarında huşunu itirib, matç dərhal dayandırılıb. Jijoviçi xərəkdə stadiondan çıxarıb xəstəxanaya aparıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Oyun yenidən başladılıb, lakin 41-ci dəqiqədə Jijoviçin ölüm xəbəri yayıldıqdan sonra matç bir daha dayandırılıb.
Qeyd edək ki, Mladen Jijoviç “Radniçki”nin baş məşqçisi vəzifəsinə 22 oktyabrda təyin olunmuşdu və bu postda Aleksandar Lukoviçi əvəz etmişdi.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Noyabr 2025 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















